07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ermənistan hökuməti kommunikasiyaların açılmasına hazırdır
Tarix: 20-09-2021 17:05 | Bölmə: Slayd
Ermənistan hökuməti kommunikasiyaların açılmasına hazırdır

“Ermənistanın Baş naziri Nokol Paşinyan parlamentin son iclasında hökumət üzvlərilə sual-cavab rejimi zamanı Türkiyə ilə danışıqlara başlanılması üçün öz düşüncələrini açıqlayıb. O, bildirib ki, yüksək səviyyəli əlaqələrdən öncə işgüzar müzakirələr aparılmalıdır”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını "Armenpress"ə şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Türkiyə rəsmiləri arasında hər hansı əlaqə yoxdur, amma Ermənistan hökuməti belə əlaqələrə hazırdır: “Bu cür effektiv iş şəraitində Ermənistan həm yüksək, həm də ali səviyyədə görüşlərə hazır olacaq".

O, Ərdoğanın Ermənistan ərazisindən dəhliz açmaq çağırışı ilə bağlı suala cavabında deyib:

“Ermənistan 9 noyabr və 11 yanvar tarixli bəyanatlarda yer alan razılaşmaların dəqiq yerinə yetirilməsinə böyük əhəmiyyət verir. Kommunikasiyaların açılması regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması, düşmənçilik mühitinin aradan qaldırılması üçün son dərəcə vacibdir və Ermənistan bu istiqamətdə hərəkət etmək əzmindədir. Bəzi bəyanatlarda kommunikasiyaların bərpası mövzusu transformasiya olunur və regional təcridin saxlanması məntiqini qazanır. Dəhlizlər barədə söhbət regionda sülhün və sabitliyin bərqərarı, düşmənçilik atmosferinin aradan qaldırılması məntiqinə ziddir. O, təkcə region dövlətlərinin və xalqların təcrid olunmasına yox, həm də bu təcridə dönməzlik əlamətinin verilməsinə yönəlib. Lakin regionun qarşılıqlı əlaqəsini qabardan regional kommunikasiyaların açılması yolları da var və düşmənçiliyin tədricən aradan qaldırılmasının real yolu ola bilər. Ermənistan hökuməti bu variantı dəstəkləyir və 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar tarixli üçtərəfli bəyanatda məhz bu variant təsvir olunub".

Onu da qeyd edək ki, Türkiyə prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vasitəsilə onunla görüşmək istəməsilə bağlı təkliflər gəldiyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}