İran sanksiyalardan yayınmaq üçün Qarabağdakı separatçılardan və Ermənistandan istifadə edir
Tarix: 21-09-2021 14:38 | Bölmə: Slayd
İran sanksiyalardan yayınmaq üçün  Qarabağdakı separatçılardan və Ermənistandan istifadə edir

“İranın bütün narahatlıqları Azərbaycanın 44 günlük müharibədə üstünlük əldə etməsi, işğaldakı ərazilərin böyük hissəsinə nəzarəti ələ alması ilə bağlıdır”.

Bu fikirləri Reyting.az-a Güney Azərbaycan Milli Hərkatının fəalı, hazırda Kanadada yaşayan hüquqşünas Haqan Türkelli deyib.

Hüquqşünas əlavə edib ki, 44 günlük müharibə zamanı boş və əsassız olaraq “Azərbaycan tərəfindən İŞİD-çilər vuruşur”,- kimi yalanlar uyduran Ermənistana İran silah-sursat göndərib: “Hətta onlar Xudafərin körpüsünün (Cəbrayıl rayonu ərazisi-red.) quzey tərəfinə də keçmişdilər. İranın bütün narahatlıqları 44 günlük müharibədə Azərbaycanın üstünlük qazanmasından doğur. Əslində İrana çox zəif, sünni-şiə savaşına başı qarışan Azərbaycan lazımdır. Güclü və milli qürurunu bərpa edən Azərbaycan həm də Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycanlı üçün cəlbedicidir. Narahatlıqları bundan doğur”.

H. Türkellinin fikrincə, İran indi də Zəngəzur dəhlizinin açılmas ilə Ermənistanla əlaqələrinin zəifləyə biləcəyindən narahatdır: “İranın oğurluğuna “Ay işığı”na düşüb. İranın Xankəndi şəhərindəki separatçı-terrorçulara açıq dəstək, silah-sursat və yanacaq verdiyi ortaya çıxıb. Son 30 ildə onlar bunu gizlədirdilər. İran bununla əslində Zəngəzur dəhlizinin açılmasına və ümumiyyətlə sülhün-sabitliyin və barışın əldə olunmasına mane olmaq istəyir. Ermənistanın Türkiyə və Azərbaycanla əlaqələr qurması İranın Azərbaycan üzərində təzyiq və basqı imkanlarının aradan qalxması deməkdir. Bu da İrana sərf etmir”.

Hüquqşünas daha sonra bildirib ki, İran ABŞ-ın sanksiyalarını aşmaq və pul yumaq məqsədilə Qarabağdakı erməni separatçılarından və Ermənistandan istifadə edir: “Bu işi Sepah-a bağlı şirkətlər həyata keçirir. Sepah-ın canfəşanlığı bununla bağlıdır. Çünki həm də əllərindən qazancın çıxması və biznesin riskə düşməsi məsələsi var”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}