Qərb ölkələrinin və ABŞ-ın layihəsində Rusiyanı parçalamaq planı var - Politoloq
Tarix: 21-09-2021 16:20 | Bölmə: Slayd
Qərb ölkələrinin və ABŞ-ın layihəsində Rusiyanı parçalamaq planı var

“Rusiyadakı son seçkilərdə kifayət qədər saxtakarlıq oldu. Bu, əvvəlcədən də görünür və proqnozlaşdırılırdı. Avropa birmənalı olaraq bu seçkiləri qəbul etmir. Çünki ATƏT-in seçkiləri müşahidə missiyası Rusiyada keçirilən son seçkiləri müşahidə edə bilmədi. Səhv etmirəmsə, onları Rusiyaya buraxmadılar”.

Bu fikirləri Reyting.az-a politoloq Cümşüd Nuriyev Rusiyada Dövlət Dumasına keçirilən son seçkilərin yaradacağı nəticələrdən danışarkən deyib.

Cümşüd Nuriyevin iddiasına görə, ABŞ və digər Qərb dövlətlərinin layihəsində Rusiyanın parçalanması planı var.

Onun fikrincə, seçkilərin saxtakarlıqla keçirilməsi Rusiyanın dağılma prosesini sürətləndirir: “Daha doğrusu, bu prosesə start verildi. Ola bilməz ki, bu seçkilər Rusiya cəmiyyətində müsbət qarşılansın. Nəzərə almaq lazımdır ki, rusların vəziyyəti olduqca ağırdır. İnsanlar əvvəlki dövrlə müqayisədə indi daha pis yaşayırlar. Həmçinin Rusiyaya qarşı bəlli sanksiyalar tətbiq edilir”.

Məlumat üçün qeyd edək ki, Rusiyada keçirilən Duma və yerli seçkilərdə Putinin liderlik etdiyi Vahid Rusiya Partiyası 49 faizlə qalib gəlib. İkinci yerdə Kommunist Partiyasıdır. Müşahidəçilər kommunistlərin əsas partiyalardan biri kimi Dumaya gətirilməsini təsadüfi saymırlar.

C. Nuriyev bildirib ki, Rusiya Federasiyası bir dövlət kimi oliqarxların nəzarəti altındadır, oliqarxiya istədiyi qərar və qanunları qəbul etdirmək gücündədir: “Maraqlıdır ki, dünyada ən varlı prezidentlər siyahısına da Vladimir Putin liderlik edir. Bu, “Forbest” jurnalının ortaya çıxardığı məlumatdır. Onun şəxsi hesablarında 50 milyard var. Dünyada ikinci belə bir prezident yoxdur. Hətta Qətər və Səudiyyə Ərəbistanı ondan sonra gəlir”.

Politoloq bildirib ki, SSRİ özünün dağılma prosesinə Dağlıq Qarabağ münaqişəsini başlatmaqla start verib: “Məncə, müasir Rusiya da sülhməramlıları Qarabağa gətirmək, azərbaycanlıların qələbəsinə kölgə salmaqla özünün dağılmasının başlanğıcını qoydu. Ehtimal edirəm ki, bu dağılma çox çəkməyəcək. O dövrdə proseslər 1988-ci ildə başladı və 1991-ci ildə SSRİ-nin çökməsi ilə nəticələndi. İndi biz 2021-ci ildə yaşayırıq. Məncə, çox gözləmək lazım gəlməyəcək, 2022-ci ildə bir çox şeylər məlum olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}