07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Deputat: “Paşinyan Zəngəzur dəhlizinin açılacağını elan etməli və...”
Tarix: 22-09-2021 15:58 | Bölmə: Slayd
Deputat: “Paşinyan Zəngəzur dəhlizinin açılacağını elan etməli və...”

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək imkanı var. Amma bunun üçün ilk növbədə ermənilər bir qədər düşünməli və ağıllarını başlarına toplamalıdır. Belə bir görüşün baş tutmamasına yeganə səbəb yalnız Ermənistan ola bilər”.

Bunu Milli Məclisin deputatı Rasim Musabəyov mümkün Ərdoğan-Paşinyan görüşünü Reyting.az-a şərh edərkən deyib.

Politoloq Musabəyov hesab edir ki, Ərdoğan-Paşinyan görüşünün keçirilməsi həm mümkündür, həm də regional sabitliyə əlavə töhvə verə bilər. Onun fikrincə, diplomatiyada dövlətlər dəqiq və sistemli olmalıdır: “Məsələn, Nikol Paşinyan elan edir ki, Türkiyə ilə şərtsiz münasibətləri normallaşdırmağa hazıram. Amma buna baxmayaraq, yenə də əvvəlki iddialarından əl çəkmək niyyətində deyil. Belə siyasət münasibətlərin formalaşmasına mane olur. Hesab edirəm ki, Ermənistan tərəfi siyasətinə yenidən baxmalıdır. Çünki həm münasibətləri şərtsiz qaydaya salmağa hazır olduqlarını ifadə edirlər, həm də ənənəvi siyasətlərindən əl çəkmək istəmirlər”.

R. Musabəyov diqqətə çatdırıb ki, N. Paşinyandan fərqli olaraq Türkiyə prezidentinin mövqeyi son dərəcə açıq və qətidir: “Cənab Ərdoğan deyir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan qərarını versin. Halbuki bu, həm də 10 noyabrda imzalanan üçtərəfli sazişin öhdəliklərindən biridir. Yəni Ermənistan bu öhdəliyi üzərinə götürüb - Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirən sərbəst yolun açılması öhdəliyini. Nikol Paşinyan buyurub bunu açıq elan etsin. Bundan sonra Ərdoğanla görüşsün və Türkiyə-Ermənistan diplomatik əlaqələrini qurmağa çalışsın. Bir sözlə, bu məsələ Ermənistanın ağıllı davranışından asılıdır”.

Deputat sonda əlavə edib ki, bu gün mövcud olan Ermənistan-Türkiyə münasibətlərindən ən çox zərər çəkən elə Ermənistanın özüdür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}