14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiyanın rəsmi şəxslərinə və iş adamlarına sanksiya tətbiq ediləcək - Siyahı
Tarix: 23-09-2021 08:50 | Bölmə: Slayd
Rusiyanın rəsmi şəxslərinə və iş adamlarına sanksiya tətbiq ediləcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyaların tətbiqini tövsiyə edən qanun layihəsini təsdiqləyib. Reyting.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, sankisiya tətbiqinə məruz qalacaq şəxslər arasında Rusiyanın Baş naziri Mixail Mişustinin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun, Rusiya Milli Qvardiya Federal Qoşunlarının direktoru Viktor Zolotovun, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin, Səhiyyə naziri Mixail Muraşkonun, Moskva şəhərinin meri Sergey Sobyaninin də adı var.

Adları ABŞ-ın “qara siyahı”sına düşmək təhlükəsi olan digər şəxslər - iş adamları Roman Abramoviç, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rossiya Seqodnya” və RT telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan, "Birinci kanal"ın rəhbəri Konstantin Ernst və digərləridir.

Qeyd edək ki, qanuna dəyişikliyin mətni Demokratlar Partiyasından olan konqresmen Tom Malinovski tərəfindən irəli sürülüb.

Qanun layihəsi ölkənin 2022-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə dəyişiklik olaraq təqdim edilib. Layihə ABŞ Konqresinin tam tərkibi tərəfindən təsdiqlənməlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}