Böyük güclərin qarşıdurması: Rusiya və Çini hədəf seçiblər
Tarix: 23-09-2021 11:11 | Bölmə: Slayd
Böyük güclərin qarşıdurması: Rusiya və Çini hədəf seçiblər

ABŞ, Çin və Rusiya arasında münasibətlər daha da gərginləşir.

Reyting.az
xəbər verir ki, son illər ABŞ, Rusiya və Çin arasında müşahidə olunan gərginlik və artan güc nümayişi dünya ictimaiyyətinin narahatlıqlarını artırır.

Avropalıların çoxu ABŞ ilə Çin və Rusiya arasında yeni “Soyuq müharibə”nin başladığını, amma öz ölkələrinin bu prosesin bir parçası olmadığını iddia edirlər.

Mərkəzi Berlində yerləşən Avropa Xarici Əlaqələr Mərkəzi (ECFR) tərəfindən Avropa Brliyinin (AB) 12 dövlətində apardığı araşdırmanın nəticələrinə görə, əhalinin 62 faizi ABŞ-la Çin arasında yeni “Soyuq müharibə”nin başladığını, sorğuda iştirak edənlərin 59 faizinin ABŞ-la Rusiya arasında bənzər bir bölünmənin də ortaya çıxdığını bildiriblər.

Araşdırmanın sosioloji sorğu bölümündə iştirak edən respondentlərin “Soyuq müharibə” ilə özlərinin bir əlaqəsi olmadığını deyiblər. Sorğuda iştirak edənlərin 15 faizi öz ölkələrinin Çinə, 25 faizi isə Rusiyaya qarşı “Soyuq müharibə”yə başladığını bildirib.

Macarıstandan sorğuya qatılanların 91 faizi, Bolqarıstandan 80 faizi, Portuqaliyada 79 faizi və Avstriyada 78 faizi düşünür ki, ölkələri “Soyuq müharibə”nin bir parçasıdır.

Angetə reaksiya verənlərin 3 faizi Avropa Birliyinin Çinlə “Soyuq müharibə”də olduğunu, 35 faizi isə olmadığını bəyan edib. Əvəzində 44 faiz respondent qəti şəkildə inanır ki, Avropa Birliyi Rusiya ilə yeni “Soyuq müharibə”yə daxil olub.

Araşdırmaya görə, AUKUS böhranı (ABŞ, İngiltərə və Avstraliya arasında yeni hərbi-siyasi ittifaq) Qərb ittifaqı daxilində çat yaradıb və Avropa ilə ABŞ arasında uçurumu böyüdüb. Qeyd olunur ki, Avropa Birliyi rəhbərliyi ilə üzv dövlətlərin siyasi hədəfləri getdikcə fərqlənir. Bu da Çin və ya Rusiya ilə əlaqələrin gərginləşməsi fonunda Avropa Birliyi çərçivəsində reaksiya verməyi çətinləşdirir.

Bu arada Fransanın Avropa Birliyini əlavə güc mərkəzinə çevirmək üçün “səhnə arxası” fəaliyyəti diqqəti cəlb edir. Bir neçə gün öncə Fransanın BMT Təhlükəsizlik Şurasındakı yerini Avropa Birliyinə verməyə hazır olmasına dair xəbərlər Avropa mediasının əsas mövzularından birinə çevrilib. Avropanın öz ordusunun qurulmasına Avropa Birliyi tərəfindən dəstək veriləcəyi təqdirdə Fransa Təhlükəsizlik Şurasındakı postunu birliyə güzəştə gedə bilər.

Məlumat İtaliyanın keçmiş Avropa işlərində sorumlu naziri Sandro Gozidən çıxıb. Sabiq nazir bu təklifin müzakirə masasına gələ biləcəyini qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}