16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Professor: “Türkiyə Rusiyaya anlatmağa çalışacaq ki, bu cür siyasətin yürüdülməsi...”
Tarix: 23-09-2021 16:27 | Bölmə: Slayd
Professor: “Türkiyə Rusiyaya anlatmağa çalışacaq ki, bu cür siyasətin yürüdülməsi...”

“Sentyabrın 29-da Soçidə baş tutacaq Ərdoğan-Putin görüşü bu bölgədə yığılıb qalan və getdikcə kəskinləşən problemlərin həllinə təkan verə bilər. Rusiya bu məsələdə də beynəlxalq münasibətlərdən irəli gələn, regiona cavabdeh olma öhdəliyini son zamanlar ciddi şəkildə pozmağa başlayıb. Bağlanan müqavilələr, üzərinə götürdüyü öhdəliklər Rusiya üçün o qədər də əhəmiyyətli deyil”.

Bunu professor Qabil Hüseynli Reyting.az-a Soçidə baş tutacaq Ərdoğan-Putin görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, Türkiyə dövlətinin bölgədə ciddi gücə çevrilməsi sevindiricidir: “Artıq Türkiyə də türk dünyasının strateji hədəflərini qorumaq üçün lazım olan gücə və çəkiyə malikdir. Bu məsələdə Rusiya ilə uğurlu rəqabət apara bilər. Bu baxımdan Soçi görüşündə Suriya məsələsində rusların son zamanlar Türkiyə ilə əldə olunan razılaşmalara uyğun hərəkət etməməsi, hətta bu razılaşmaların ciddi sürətdə pozulması, Suriya mxalifətinə qarşı amansız bombardmanlar, İdlib rayonunda müxalifət mövqelərinə nöqtə zərbələri vurmaq nəticə etibarı ilə Rusiyanın strateji maraqlarının reallaşdırılması üçün atılan ciddi addımlardır. Amma bu bölgə Rusiyanın strateji maraqları dairəsinə SSRİ zamanı daxil olsa da, hazırda daxil deyil. Üstəlik, Rusiya fövqəlgüc deyil və o cür hərəkət edə bilməz. Rusiyanın indiki hərəkətləri fövqəlgüc olan dövlətlərin hərəkətlərinə bənzədiyindən Türkiyənin strateji maraqları ilə toqquşur”.

Professorun fikrincə, Türkiyə gec-tez Rusiyaya anlatmağa çalışacaq ki, bu cür siyasətin yürüdülməsi təbii qarşıdurmalara səbəb ola bilər: “Əlbəttə, Türkiyə regionda Rusiya-NATO qarşıdurmasını arzulamır. Bu səbəblərdən də Soçi görüşü böyük əhəmiyyət daşıyır. Burada tərəflər konkret məsələləri müzakirə edəcək. İndiyə qədər belə görüşlərin sonunda hansısa konsensus, razılaşmlar əldə edilib”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}