16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Köhnə ittifaq Çinə qarşı yenidən fəallaşır - Foto
Tarix: 25-09-2021 11:19 | Bölmə: Slayd
Köhnə ittifaq Çinə qarşı yenidən fəallaşır

ABŞ prezidenti Cozef Bayden Hindistan, Yaponiya və Avstraliya liderləri ilə Ağ Evdə görüşüb. Zirvə toplantısında Hind-Sakit okean regionu ilə əlaqələr və Çinə qarşı qeyri-rəsmi strateji əməkdaşlığı gücləndirməyin yolları müzakirə edilib.

Reyting.az
xəbər verir ki, görüşdə əsas məqsəd 2017-ci ildə yaradılan, şərti olaraq “dördlər ittifaqı” adlandırılan və Çinə qarşı qeyri-rəsmi strateji əməkdaşlığı hədəfləyən bu birliyi aktivləşdirməkdir.

Ağ Ev Avstraliya Baş naziri Skott Morrisonu, Hindistan Baş naziri Nerendra Modini və Yaponiya Baş naziri Suqa Yoşihideni müttəfiq kimi qəbul edib.

Bu ilin mart ayında bir araya gəlmiş dördlü zirvə toplantısının təmsilçiləri budəfəki görüşdə COVİD-19 pandemiyası, iqlim dəyişikliyi və Hind-Sakit okean regionu ilə bağlı məsələləri müzakirəyə çıxarıblar.

C. Bayden bəyan edib ki, dördlər ittifaqının bir hissəsi olaraq ABŞ Hindistanda 1 milyard COVİD-19 vaksini istehsal edəcək. Bayden dörd ölkənin tələbələri əsasında ayrıca ortaq proqramın həyata keçiriləcəyini də bildirib.

“ABŞ-Hindistan əlaqələri tarixində yeni səhifə açırıq və qarşılaşdığımız çətinliklərdən bəzilərini birlikdə həll edirik”, - ABŞ lideri deyib.



Hindistan Baş naziri Modi 2004-cü ildə baş verən sunamidən sonra dörd ölkə liderinin yenidən bir araya gəldiyini xatırladıb, hazırda bu ölkələrin COVİD-19-a qarşı savaşda bir yerdə olduqlarını diqqətə çatdırıb.

Bayden ilə fövqəladə toplantı keçirdiklərini qeyd edən Hindistan lideri deyib: “Baydenin kritik qlobal məsələlərdə liderliyi tərifəlayiqdir. Hindistan və ABŞ fərqli sahələrdə əməkdaşlığı genişləndirəcək”. O, COVİD-19 və iqlim dəyişikliyi kimi çətinliklərin öhdəsindən gəlmək üçün birlikdə necə işləyəcəklərini müzakirə etdiklərini bildirib.

Avstraliya Baş naziri Morrison da azad və açıq bir Hind-Sakit okean regionuna yönəlik fikirlərini dilə gətirib: “Beynəlxalq süverenlik haqlarına sayğı duyulması, anlaşılmazlıqların sülh və beynəlxalq hüquqa uyğun həll edilməsi üçün Hind və Sakit okean bölgəsində birlikdə dayanırıq”.

Yponiya Baş naziri Suqa toplantının ölkələr arasında güclü bir həmrəyliyə əsaslandığını deyib, azad və açıq olan Hind-Sakit okean bölgəsinə sarsılmaz bağlılıqlarını ifadə edib.

“Bu günə qədər dördlü ortaqlığımız regional çətinliklərdə və ya COVİD-19 kimi mövzularda əməkdaşlığı təmin edib”,- Yaponiya lideri deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}