Qarabağdakı Rusiya sülhməramlılarının komandanı yenə dəyişib
Tarix: 25-09-2021 12:30 | Bölmə: Slayd
Qarabağdakı Rusiya sülhməramlılarının komandanı yenə dəyişib

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib.

“Sputnik Armeniya” xəbər verir ki, general-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub. O, bu postda general-mayor Mixail Kosobokovu əvəzləyib.

Qeyd edək ki, Gennadi Vladimiroviç Anaşkin 1968-ci ildə Samarada (keçmiş Kuybışev) anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb. Ryazan Ali Hava Desant komanda məktəbini bitirib. 1999-2000-ci illərdə keçmiş Yuqoslaviyada, Bosniya və Hersoqovina Respublikasında Rusiyanın desant tağımına komandanlıq edib.

Birinci və İkinci çeçen müharibəsində ezamiyyətdə olub. G.Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsində döyüşlərdə iştirak edib. 2008-ci ildə onun başçılıq etdiyi Hava Desant Qoşunu Rusiyada ən yaxşı polk elan edilib. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsində 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}