18:48 / 17-06-2025
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
18:34 / 17-06-2025
XİN sözçüsü: "Qaynar xətlərə daxil olan müraciətlərə gündəlik baxılır"
18:00 / 17-06-2025
Natiq Cəfərli: "İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”
17:48 / 17-06-2025
“Tiktok”da vətəndaşları aldadan şəxs saxlanılıb
17:42 / 17-06-2025
İrandakı rejimi dəyişirlər?
17:17 / 17-06-2025
Dörd şəhər psixopatlar üçün daha əlverişlidir
17:09 / 17-06-2025
Avropa Liqası: "Sabah"ın rəqibi bəlli olub
16:37 / 17-06-2025
Ukrayna daha 428 hava hədəfini zərərsizləşdirib
16:32 / 17-06-2025
Ölkəmizdə dörd gün ardıcıl iş olmayacaq
16:19 / 17-06-2025
Partiya sədri azadlığa buraxılıb
16:19 / 17-06-2025
İran internetə qoşulan cihazlardan istifadəni qadağan edib
16:09 / 17-06-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
16:03 / 17-06-2025
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
15:22 / 17-06-2025
Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək
14:57 / 17-06-2025
Katz Xamnəini hədələyir: “Axırın Səddamın axırı kimi olacaq”
14:47 / 17-06-2025
İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir
14:46 / 17-06-2025
İran nüvə silahı əldə edib? - ABŞ kəşfiyyatı son məlumatını paylaşıb - Foto
14:36 / 17-06-2025
"Əmək pensiyaları haqqında” qanun dəyişib
14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
14:15 / 17-06-2025
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb
13:55 / 17-06-2025
Qazaxıstan və Azərbaycan Xəzərdə birgə hərbi təlimə başlayıb
13:51 / 17-06-2025
İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
13:48 / 17-06-2025
Çinin 40-a yaxın vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə olunub
13:26 / 17-06-2025
Professor: İranı beş yerə bölmək istəyirlər
13:01 / 17-06-2025
AYNA-nın tenderi ləğv olunub
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
12:36 / 17-06-2025
Daha 1258 hektar ərazi minalardan təmizlənib
11:50 / 17-06-2025
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
08:07 / 14-06-2025

07:23 / 13-06-2025

11:37 / 16-06-2025

17:06 / 13-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

08:47 / 16-06-2025

09:27 / 13-06-2025

08:51 / 14-06-2025

16:50 / 13-06-2025

11:06 / 16-06-2025

Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır
Tarix: 28-09-2021 09:52 | Bölmə: Slayd

Parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyasının iş planına Milli Məclisdə Qarabağa qayıdışla bağlı qanunverici məsələləri araşdıran komissiyanın yaradılması da daxil edilib. Komissiyanın fəaliyyəti çərçivəsində beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkili nəzərdə tutulur.
Reyting.az-ın məlumatına görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a deyib ki, “Böyük qayıdış” siyasəti vahiddir və bunu dövlət həyata keçirir.
Komitə sədrinin sözlərinə görə, digər təşəbbüslər yalnız vahid siyasətin daxilində köməkçi xarakteri daşıyır:
“Qarabağa “Böyük qayıdış” Ermənistan üzərindəki qələbədən sonra xalqımızın və dövlətimizin qarşısında dayanan ali, müqəddəs vəzifəyə çevrilib. Hər kəs bu hərəkata qoşulmaq, töhfə vermək niyyətindədir. Bu yeni doğuluş və diriliş hadisəsi kimi təzahür edir. Darmadağın edilmiş, viranəyə çevrilmiş, yandırılmış torpaqlarda yenidən məskunlaşma, qayıdış və böyük Azərbaycan quruculuğunu daşımaq vəzifəsi qarşısındayıq. Belə olan təqdirdə, parlamentin İnsan hüquqları komitəsi kimi bizim də öhdəmizə düşən vəzifələr mövcuddur.
Ali Baş Komandan bəyan edib ki, hər bir evə, ailəyə vurulmuş ziyan qiymətləndirilməlidir. Bu, özü özlüyündə hüquqi araşdırmaları tələb edir. Beynəlxalq savaşa çıxdığımız hüquqi, siyasi, informativ döyüşlərdə insanlarımızın hüquq və azadlıqlarının təmin olunmasına çalışırıq. Çünki ermənilər ilk növbədə insanlarımızın hüquqlarını pozurlar”.
Z. Oruc bildirib ki, “Böyük Qayıdış” müxtəlif mərhələlərdən keçəcək. O cümlədən bu illər ərzində aparılmamış bir sıra islahatlar, yeni qanunlar, orada yaşayacaq insanların imtiyazları geniş hədəflərdir: “Bu baxımdan beynəlxalq təşkilatların Azərbaycanla bağlı hazırkı fəaliyyətini izləməkdəyik. Ələlxüsus da abidələr məsələsi savaş səngərinə dönüb. Azərbaycanla yüksək münasibətlərə sahib olan və hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycanda fəaliyyət göstərən UNESCO platformasının hər zaman dünyada humanizm üçün xidmətlər göstərdiyi bir şəraitdə son bir ilə yaxın dövrdə fərqli davranışlarını görməkdəyik. Amma bu da insanların mədəniyyət hüququnu özündə ehtiva edir”.
Z. Oruc xatırladıb ki, müharibənin başa çatmasından cəmi 10 gün sonra mühüm əlaqələndirmə qərargahı yaradılıb:
“Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılıq etdiyi qərargah 17 fərqli qrupu, 200-ə yaxın insanı əhatə edərək qayıdışın dayanıqlı, sistemli həyata keçirilməsini özündə ehtiva edir. Bunun mühüm bir hissəsi kimi hüquqi, qanunvericilik aktlarında dəyişiklik olacaq.
Biz ötən onillər ərzində beynəlxalq sənədləri ratifikasiya edərkən həmişə ora qeyd, əlavələr etməyə çalışmışıq. Bu əlavələrdə həmişə göstərirdik ki, Qarabağ Azərbaycanın nəzarəti altında olmadığından orada baş verəcək terror, cinayətkarlıq əməlləri, qaçaqmalçılıq və s. kimi məsələlərə məsuliyyət daşımırıq. Mən əminəm ki, indi bununla bağlı dəyişiklik olacaq, çünki öz ərazilərimizin sahibiyik. Ona görə, İnsan haqları üzrə komitədə müəyyən işçi platformalar yaratmaq, burada aktiv iştirak etmək niyyətimiz var. Komitə üzvlərinin böyük əksəriyyəti bununla bağlı fikirlərini irəli sürüb. Həmin səbəbdən işçi planımızda böyük qayıdışla bağlı platformanın, dinləmələrin keçirilməsini nəzərdə tutduq.
Müxtəlif qurumlar, beyin mərkəzləri, qeyri-hökumət təşkilatları “Böyük qayıdış”la bağlı çalışmaların içərisindədirlər. Qeyd etdim ki, “Böyük qayıdış” siyasəti vahiddir, bunu dövlət həyata keçirir. Digər təşəbbüslər isə yalnız bu siyasətin daxilində köməkçi xarakter daşıyır. Qeyd etdiyimiz komissiyanın fəaliyyətində də söhbət işçi müzakirələrdən, dinləmələrdən gedir”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
Bu gün, 17:42
İrandakı rejimi dəyişirlər?
Bu gün, 14:15
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb
Bu gün, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
Bu gün, 11:50
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
Bu gün, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Bu gün, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Bu gün, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
Dünən, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Dünən, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Dünən, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Dünən, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir