14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
PKK-nın Ermənistan təmsilçisi öldürülüb - Foto
Tarix: 28-09-2021 13:43 | Bölmə: Slayd
PKK-nın Ermənistan təmsilçisi öldürülüb

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyanın Qamışlı bölgəsində keçirdiyi əməliyyat nəticəsində İnterpol tərəfindən qırmızı xətlə axtarışda olan PKK-nın “mərkəzi komitəsinin” üzvü, Heydər Varto kod adlı Engin Qaraaslan məhv edilib.

Reyting.az
xəbər verir ki, MİT-in sahədəki agentlərinin məlumatı əsasında 57 yaşlı Engin Qaraaslanın Suriyanın Qamışlı bölgəsində olduğu müəyyənləşib. Qaraaslan Əli Feroda düzənlənən əməliyyatla zərərləşdirilib.

1980-cı illərdə PKK sıralarına qatılan Qaraaslan 1990-cı illərdə Dəməşqdə təhsil alıb, 2000-ci illərdə terror təşkilatının Ermənistan təmsilçisi olub.

O, 2019-cu ildən bu yana Suriyada PKK terror təşkilatında təmsil olunduğu müddət ərzində Tunceli, Amanos və Qəndildə idarəçilik fəaliyyəti göstərməklə yanaşı çoxlu sayda anti-insani planlar qurub.

Engin Qaraaslan bu günə qədər Suriyada zərərləşdirilən ən yüksək səviyyəli PKK rəhbərlərindən hesab olunur.

Əməliyyatın detallarına gəldikdə, MİT tərəfindən Qamışlıda fəaliyyət göstərdiyi ortaya çıxarılan Qaraaslan Qamışlı-Haseki yolunda Pilotsuz Uçuş Aparatı (PUA) tərəfindən həyata keçirilən hücumla məhv edilib. İlkin məlumatlara görə, Qaraaslanın türk kəşfiyyatı tərəfindən məhv edilməsi PKK rəhbərliyində ciddi narahatlığa səbəb olub. Bu halın PKK-da motivasiya itkisinə səbəb olmaması üçün hadisə aşağı səviyyəli terrorçulardan gizlədilib. Bu əməliyyatın ən vacib əhəmiyyəti isə onunla bağlıdır ki, son illər Suriya ərazilərində öldürülən PKK rəhbərliyində ən üst səviyyəli şəxs Qaraaslandır.



1980-cı illərdə PKK-ya qoşulan Qaraaslan 90-cı illərdə Dəməşqdə şəxsən PKK başçısı Abdulla Öcalandan təlim alıb. 2000-ci illərdə PKK-nın Ermənistan təmsilçisi olub və sözdə KCK Ədalət Divanının üzvü vəzifəsini daşıyıb.

2019-cu ildən bu yana Suriyadakı PKK-nın Suriya lideri və PKK/KCK Suriyadakı səhiyyəyə cavabdeh şəxsi “vəzifəsini” daşıyıb.

Qeyd edək ki, Qamışlı Suriyada Türk Ordusunun “Sülh çeşməsi” əməliyyat bölgəsinə yaxındır. Zəngin neft yataqları olan bu ərazi bir müddətdir ki, PKK/YPG-nin nəzarətindədir.




Bölməyə aid digər xəbərlər