14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
İki ölkə kəşfiyyatının təhlükəli planı üzə çıxıb - Foto
Tarix: 28-09-2021 16:15 | Bölmə: Slayd
İki ölkə kəşfiyyatının təhlükəli planı üzə çıxıb

ABŞ-ın Mərkəzi Kəşfiyyat Xidməti (MKİ) 2017-ci ildə Londondakı Ekvador səfirliyinə sığınan “Wikliks”in qurucusu Culian Assancı qaçırmaq və ya ona sui-qəsd etmək istəyib. Bu planın Ağ Evə də təqdim olunması ilə bağlı xəbər Qərb mətbuatına sızdıqdan sonra böyük əks-səda doğurub.

Reyting.az
xəbər verir ki, “Yahoo Nevs”in 30-dan çox keçmiş ABŞ rəsmisi ilə reportajı əsasında hazırladığı araşdırmaya görə, “Vault 7” sızıntısı kimi təqdim olunan MKİ-nin kompüter oğurluğu və məxfi izləmə texnikasının detallarına dair minlərlə qeydləri 2017-ci ildə “Wikliks”in yayması MKİ-ni ciddi şəkildə narahat edib. Bu səbəbdən də həm MKİ-nin keçmiş direktoru Mayk Pompeo, həm də sonrakı direktoru Hepsel “Wikliks”in qurucusu Assanca qarşı sui-qəsd planını vacib sayıblar.

Sonradan dövlət katibi postunu tutan M. Pompeonun məlum sızıntı səbəbindən Assancdan intiqam almaqda qərarlı olduğuna diqqət çəkən araşdırmada bildirilir ki, sabiq prezident Donald Trampın administrasiyasında yüksək rəsmilərin də iştirak etdiyi iclasda (Milli Təhlükəsizlik Şurasında) Assancın qaçırılması və ya sui-qəsd variantları müzakirə olunub.


C. Assanc

Qeyd olunur ki, ABŞ rəsmiləri Rusiyanın Assancı Londondan Moskvaya qaçırmağı planlaşdırdığına dair kəşfiyyat məlumatı əldə ediblər. Bundan sonra ABŞ administrasiyasında Assancı əldən verməmək üçün hətta sui-qəsd planı da gündəmə gətirilib.

Araşdırmada bildirilir ki, Assancın Moskva tərəfindən qaçırılmasının qarşısını almaq üçün mümkün ssenarilər arasında London küçələrində rus agentləri ilə silahlı qarşıdurma, Asancın qaçırılacağı avtomobildə qəza yaratmaq, rus təyyarəsinin təkərlərini partlatmaq kimi variantlar da müzakirə edilib.

Amma Ağ Evdəki iclasda iştirak edən yüksək çinli məmurlardan bəziləri buna etirazlarını bildirib, MKİ rəhbərliyinə xatırladıblar ki, London onlar üçün nə Pakistan, nə də Misirdir. Beləcə, müəyyən mübahisələr düşüb. Bu planların hər hansı birinin icraya yönəlməsinin ciddi problemlərə səbəb olacağı da qeyd edilib. Xüsusilə, Londonda əhaliyə ziyan dəyə biləcəyi, bunun sonradan beynəlxalq qalmaqala çevriləcəyi nəzərə alınıb. Bu səbəbdən də MKİ Assancla bağlı planından imtina etmək məcburiyyətində qalıb.

Məlumat üçün bildirək ki, Assanc 2010-cu ildən başlayaraq “Vikliks” saytı vasitəsilə ABŞ-ın diplomatik yazışmalarını yaydığı üçün ittihamla üzləşib. 2012-ci ildən Londondakı Ekvador səfirliyində yaşayan Assanc 2019-cu ilin aprelində Ekvadorun onu qorumaq qərarından imtina etdiyindən İngiltərədə həbs olunub. Hazırda istintaq və məhkəmə prosesi davam edən Assanc London yaxınlığındakı Belmarş həbsxanasında saxlanılır.




Bölməyə aid digər xəbərlər