18:48 / 17-06-2025
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
18:34 / 17-06-2025
XİN sözçüsü: "Qaynar xətlərə daxil olan müraciətlərə gündəlik baxılır"
18:00 / 17-06-2025
Natiq Cəfərli: "İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”
17:48 / 17-06-2025
“Tiktok”da vətəndaşları aldadan şəxs saxlanılıb
17:42 / 17-06-2025
İrandakı rejimi dəyişirlər?
17:17 / 17-06-2025
Dörd şəhər psixopatlar üçün daha əlverişlidir
17:09 / 17-06-2025
Avropa Liqası: "Sabah"ın rəqibi bəlli olub
16:37 / 17-06-2025
Ukrayna daha 428 hava hədəfini zərərsizləşdirib
16:32 / 17-06-2025
Ölkəmizdə dörd gün ardıcıl iş olmayacaq
16:19 / 17-06-2025
Partiya sədri azadlığa buraxılıb
16:19 / 17-06-2025
İran internetə qoşulan cihazlardan istifadəni qadağan edib
16:09 / 17-06-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
16:03 / 17-06-2025
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
15:22 / 17-06-2025
Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək
14:57 / 17-06-2025
Katz Xamnəini hədələyir: “Axırın Səddamın axırı kimi olacaq”
14:47 / 17-06-2025
İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir
14:46 / 17-06-2025
İran nüvə silahı əldə edib? - ABŞ kəşfiyyatı son məlumatını paylaşıb - Foto
14:36 / 17-06-2025
"Əmək pensiyaları haqqında” qanun dəyişib
14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
14:15 / 17-06-2025
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb
13:55 / 17-06-2025
Qazaxıstan və Azərbaycan Xəzərdə birgə hərbi təlimə başlayıb
13:51 / 17-06-2025
İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
13:48 / 17-06-2025
Çinin 40-a yaxın vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə olunub
13:26 / 17-06-2025
Professor: İranı beş yerə bölmək istəyirlər
13:01 / 17-06-2025
AYNA-nın tenderi ləğv olunub
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
12:36 / 17-06-2025
Daha 1258 hektar ərazi minalardan təmizlənib
11:50 / 17-06-2025
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
08:07 / 14-06-2025

07:23 / 13-06-2025

11:37 / 16-06-2025

17:06 / 13-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

08:47 / 16-06-2025

09:27 / 13-06-2025

08:51 / 14-06-2025

16:50 / 13-06-2025

11:06 / 16-06-2025

Ölkəmizdəki dini konfessiya rəhbərləri bəyanat yayıb
Tarix: 29-09-2021 12:34 | Bölmə: Slayd

Azərbaycandakı dini konfessiya rəhbərləri bəyanat yayıb.
Qafqaz Müsəlmanları İdarəsindən Reyting.az-a təqdim edilən bəyanatda deyilir:
"Uca Yaradanın Adı ilə!
Azərbaycan xalqının tarixinə əbədi həkk olunan 27 sentyabr 2020-ci il tarixinin ilk ildönümünü qeyd edirik. Bu tarix təkcə bizim üçün deyil, bütün bəşəriyyət üçün Haqq və Ədalətin təcəllisi günü, Böyük Zəfər yolunun başlanğıc nöqtəsi kimi yaddaşlarda əbədi qalacaqdır. Bizim xalqımız bu Anım gününü Vətən uğrunda qəhrəmanlıq və şəhadətin Şərəf salnaməsi kimi daima yaşadacaqdır!
Biz fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tariximizə Qarabağ Fatehi kimi daxil olmuş Ali Baş komandan İlham Əliyev cənablarıdır. Vətən müharibəsi ərzində onun liderlik əzmi, qətiyyətli siyasəti, mərdliyi, cəsarəti hər kəsə - ordumuzun əsgərinə, xalqımızın övladlarına, dinindən və millətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı. Dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-iqtidar birliyinin şahidi oldu. Tarixi Azərbaycan şəhəri Şuşa qəhrəmancasına işğaldan azad olunaraq öz əsl sahibinə qaytarıldı. Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları tarixi əhəmiyyətli Şuşa Bəyannaməsi regionumuzda yeni geosiyasi vəziyyət yaratdı.
Bu gün biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq. Bu ruh yüksəkliyinin əsas mənbəyi dövlətimizin başçısı İlham Əliyev cənablarının prinsipial və qətiyyətli mövqeyi, ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işləri, xalqın rifahına yönələn sosial-iqtisadi proqramların gerçəkləşməsində Prezidentimizin silahdaşı, siyasi və ictimai xadim, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təqdirəlayiq roludur. Mehriban xanımın şəhid və qazi ailələrinə, yaralı hərbçilərə nəcib şəfqətli münasibəti, maddi-mənəvi dəstəyi və sosial yardım proqramlarına rəhbərliyi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir, dindarlarımızın xeyir-duaları ilə qarşılanır.
Dünya ictimaiyyəti yaxşı bilir ki, bizi 27 sentyabra aparan səbəblər son dərəcə ciddi və danılmaz həqiqətlərdir. Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməyən Ermənistan cəzasızlıqdan ruhlanaraq işğalın davam etdirilməsi yolunu seçdi, qəsdən danışıqlar prosesini pozdu. 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu, daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı uğurla alındı. Ermənistanın Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücumuna cavab olaraq, sentyabrın 27-də Azərbaycan BMT Nizamnaməsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Zəbt olunmuş ərazilərimizdə müsəlman və xristian məbədlərini dağıdan, müharibə qanunlarını, beynəlxalq hüquq normalarını, Cenevrə Konvensiyasının müvafiq müddəalarını pozan Ermənistan silahlı qüvvələri qadağan olunmuş silah və bombalarla təmas xəttindən, həmçinin, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tutur, yüzlərlə günahsız insanın, uşaq, qadın və qocaların ölümünə səbəb olur, mülki məntəqələrə zərbələr endirirdi Hətta paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. İşğal dövründə ərazilərimizin minalanması səbəbindən bugünədək mülki əhali və hərbçilər həlak olur və xəsarət alırlar.
27 sentyabrdan başlanan və 44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan ordusunun şanlı zəfəri kimi tarixə yazıldı. Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi, 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Həsrətində olduğumuz Qarabağın azadlığı naminə övladlarımız Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Qələbəni Azərbaycan xalqına əmanət etdilər. Qarabağın azad olunması uğrunda, Vətən müharibəsi dövründə Azərbaycanda ənənəvi olaraq mövcud olan tolerantıq və multikultural dəyərlərə istinadən bütün vətəndaşlarımız Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək Vətənə sadiqliklərini nümayiş etdirdilər. Polad Həşimov, Mübariz İbrahimov, Albert Aqarunov, Denis Pronin, Yuri Kovalyov, Ruslan Polovinko, Sergey Senyuşkin və b. kimi yüzlərlə qəhrəmanımız doğma Azərbaycan üçün şəhidlik zirvəsinə ucaldılar. Onların əziz xatirəsi əbədi olaraq yaddaşlarda yaşayacaqdır. Biz ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik.
Tariximizin çox mürəkkəb və məsuliyyətli dönəmində bizi dəstəkləyən qardaş və dost ölkələrə, dini təşkilatlara və beynəlxalq qurumlara minnətdarlığımızı bildiririk. Fəqət təəssüflə qeyd etməliyik ki, illər boyu Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri, mədəni-mənəvi irsimizə qarşı vandalizm faktlarını ört-basdır etmək istəyən qüvvələr bu gün də ikili standartlarla erməni terrorizminə və azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinə haqq qazandırmaq üçün səy göstərirlər. Ermənistanı bir daha işğalçı, revanşist, millətçi, separatçı siyasətindən əl çəkməyə çağırırıq. Erməni Kilsəsini təxribatçı, qisasçı müharibəyə səsləyən çağırışlara son qoymağa, sülh üçün səy göstərməyə dəvət edirik – bu, Bir Olan Yaradanımızın buyurduğu müqəddəs dəyərlərə ən uyğun yoldur.
Biz din xadimlərinin əsas məqsədi - gələcəkdə baş verə biləcək müharibələrin, günahsız insan tələfatının, terror aktları və münaqişələrin qarşısını almaq üçün tarixin dərslərini xatırlatmaqdır. Bu niyyətlə, təqvimimizə Böyük Zəfər yolunun başlanğıcı kimi yazılan 27 sentyabr Anım günündə qəhrəman şəhidlərimizə Ulu Yaradandan rəhmət diləyirik. Uca Rəbbimiz Azərbaycan dövləti və xalqını hifz etsin, hər zaman müzəffər qərar versin!".
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Protoiyerey Mefodiy Əfəndiyev və Alban-udi Dini İcmasının sədri Robert Mobili imzalayıb.
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
Bu gün, 17:42
İrandakı rejimi dəyişirlər?
Bu gün, 14:15
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb
Bu gün, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
Bu gün, 11:50
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
Bu gün, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Bu gün, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Bu gün, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
Dünən, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Dünən, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Dünən, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Dünən, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir