14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Azərbaycan və Ermənistan arasında yeni vasitəçi... - Rusiya imkan verəcəkmi?
Tarix: 29-09-2021 13:04 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan arasında yeni vasitəçi... - Rusiya imkan verəcəkmi?

“Qarabağ məsələsində özünü ən neytral aparan ölkə Gürcüstandır. Bundan əvvəl Türkiyə və Ermənistan arasında dialoqun təşkili üçün rəsmi Tiflis öz vasitəçiliyini təklif etmişdi. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Bakı və İrəvan arasında vasitəçilik təklifi əslində ikinci təşəbbüsdür”.

Bunu Reyting.az-a AMEA-nın əməkdaşı, professor Əli Abbasov rəsmi Tiflisin Bakı və İrəvan arasında dialoq platforması yaratmaq təşəbbüsünü şərh edərkən deyib.

Professor xatırladıb ki, bundan əvvəl Ermənistanın Baş naziri Paşinyan Tiflisə səfər edib: “Açıqlanmasa da, məlum idi ki, Paşinyanın bu səfərdə əsas məqsədi İran-Ermənistan-Abxaziya-Gürcüstan vasitəsilə çıxış yolunun yaradılmasıdır. Paşinyan Zəngəzur dəhlizinin əvəzinə belə bir xətt təklif edirdi. Məncə, bu ideya Gürcüstan üçün cəlbedici olmayıb. Çünki ortada Abxaziya məsələsi var. Odur ki, rəsmi İrəvanın bu istəyi reallaşmayıb”.


Ə. Abbasov

Ə. Abbasov bildirib ki, Paşinyanın Tiflis səfəri zamanı İrəvan-Bakı və İrəvan-Ankara münasibətləri də diqqət mərkəzində olub: “Mümkündür ki, bu münasibətlərin qurulması üçün Paşinyan Gürcüstanın moderatorluq roluna müsbət yanaşıb. Bundan sonra Tiflis bölgədə sülhün əldə edilməsi məsələsində fəallığını artırıb. Zənnimcə, Bakı da belə təşəbbüslərə etiraz etməz. Bundan öncə, məhz Tiflisin təşəbbüsü ilə bir neçə erməninin qaytarılması müqabilində mina xəritələri alınmışdı”.

Professor əlavə edib ki, indi bölgədə vəziyyət bir qədər fərqlidir: “Həm Azərbaycanın, həm də Türkiyənin müəyyən şərtləri var. Ermənistan da hansısa şərtlər irəli sürür. Bu mənada şərtsiz görüş təşkil etmək problemli görünür. Gürcüstanın Baş naziri indi Bakıdadır və fikrimcə, bu mövzunu müzakirə edəcək.

Bu günlərdə Türkiyə Xarici işlər naziri Çavuşoğlu bildirib ki, Ermənistanla bağlı bütün məsələləri Azərbaycanla müzakirə etdikdən sonra hansısa qərar verəcəklər. Mümkündür ki, iki deyil, bir danışıq formatı yaradılsın. Bu platformada da Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistan dialoq apara bilər”.

Ə. Abbasov əmindir ki, Rusiya belə bir platformanın yaranmasında maraqlı deyil: “İstəmədiyi üçün də Ermənistana və Azərbaycana təzyiq edə bilər. Bunu mümkün sayıram. Amma ehtimal edirəm ki, Gürcüstan bu təşəbbüslə əlaqədar Qərb ölkələri ilə məsləhətləşmələr aparıb. Mümkündür ki, ABŞ və Avropa Birliyi də bu təşəbbüsü müdafiə edir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər