14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Deputat: “Ərdoğanın Soçi səfərinin ABŞ-la münasibətlərə aidiyyəti yoxdur”
Tarix: 29-09-2021 14:17 | Bölmə: Slayd
Deputat: “Ərdoğanın Soçi səfərinin ABŞ-la münasibətlərə aidiyyəti yoxdur”

“Türkiyə-Rusiya münasibətləri bilavasitə Türkiyə-Amerika münasibətləri ilə bağlı deyil. Başqa sözlə, prezident Ərdoğanın Soçi səfərinin ABŞ-la münasibətlərə aidiyyəti yoxdur. Söhbət ondan gedir ki, hazırda əsas mövzu Suriyada baş verənlərdir. Türkiyə prezidenti Rusiya lideri ilə məhz bu istiqamətdə olan razılıqların icrası və yaranan durumla bağlı müzakirə aparacaq. İstisna deyil ki, görüşdə Azərbaycan və Ermənistan arasında bitən münqişədən sonra regiondakı durum, kommunikasiyaların müzakirəsi də həyata keçirilsin”.

Bunu Reyting.az-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Türkiyə-ABŞ münasibətlərində yaranan gərginliyi və Ərdoğanın Rusiya səfərini şərh edərkən deyib.

Türkiyə-Amerika münasibətlərində yaranan gərginliyə gəldikdə, A. Mollazadə əlavə edib ki, ABŞ Türkiyəyə müdafiə sistemləri veməmək, habelə Ankaranı “F-35” proqramından çıxarmaqla bağlı addımlarla razılaşmaları pozmağa çalışır. Onun sözlərinə görə, əslində bu, təəssüf doğuran hərəkətdir.

A. Mollazadə başqa problem kimi Türkiyəni hədəfə alan terror təşkilatlarını göstərir:

“Türkiyəni hədəfə alan terrorçularla mübarizədə əslində müttəfiqləri Ankaraya dəstək verməli idilər. Mən, bilavasitə Rusiya amilini Amerika-Türkiyə münasibətlərinə qatmağın əleyhinəyəm. Türkiyə ilk növbədə öz təhlükəsizliyi və marağı çərçivəsində addımlar atır. Eyni zamanda onu da demək lazımdır ki, Türkiyə hazırda inkişaf mərhələsindədir. Düşünürəm ki, heç bir müttəfiq Türkiyənin bu inkişaf mərhələsinə qarşı çıxmamalıdır, əksinə, Türkiyə dəstəyə layiqdir. Bölgədə sülh, əmin-amanlıq, sabitlik və bir sıra layihələrdə Türkiyəyə dəstək vermək lazımdır. Əlbəttə, belə dəstək müttəfiqlərdən gəlməyəndə yaxşı qarşılanmır. Bu mənada Qərb ölkələri müttəfiqləri Türkiyəni yaxından və dərindən anlamalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər