18:48 / 17-06-2025
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
18:34 / 17-06-2025
XİN sözçüsü: "Qaynar xətlərə daxil olan müraciətlərə gündəlik baxılır"
18:00 / 17-06-2025
Natiq Cəfərli: "İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”
17:48 / 17-06-2025
“Tiktok”da vətəndaşları aldadan şəxs saxlanılıb
17:42 / 17-06-2025
İrandakı rejimi dəyişirlər?
17:17 / 17-06-2025
Dörd şəhər psixopatlar üçün daha əlverişlidir
17:09 / 17-06-2025
Avropa Liqası: "Sabah"ın rəqibi bəlli olub
16:37 / 17-06-2025
Ukrayna daha 428 hava hədəfini zərərsizləşdirib
16:32 / 17-06-2025
Ölkəmizdə dörd gün ardıcıl iş olmayacaq
16:19 / 17-06-2025
Partiya sədri azadlığa buraxılıb
16:19 / 17-06-2025
İran internetə qoşulan cihazlardan istifadəni qadağan edib
16:09 / 17-06-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
16:03 / 17-06-2025
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
15:22 / 17-06-2025
Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək
14:57 / 17-06-2025
Katz Xamnəini hədələyir: “Axırın Səddamın axırı kimi olacaq”
14:47 / 17-06-2025
İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir
14:46 / 17-06-2025
İran nüvə silahı əldə edib? - ABŞ kəşfiyyatı son məlumatını paylaşıb - Foto
14:36 / 17-06-2025
"Əmək pensiyaları haqqında” qanun dəyişib
14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
14:15 / 17-06-2025
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb
13:55 / 17-06-2025
Qazaxıstan və Azərbaycan Xəzərdə birgə hərbi təlimə başlayıb
13:51 / 17-06-2025
İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
13:48 / 17-06-2025
Çinin 40-a yaxın vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə olunub
13:26 / 17-06-2025
Professor: İranı beş yerə bölmək istəyirlər
13:01 / 17-06-2025
AYNA-nın tenderi ləğv olunub
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
12:36 / 17-06-2025
Daha 1258 hektar ərazi minalardan təmizlənib
11:50 / 17-06-2025
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
08:07 / 14-06-2025

07:23 / 13-06-2025

11:37 / 16-06-2025

17:06 / 13-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

08:47 / 16-06-2025

09:27 / 13-06-2025

08:51 / 14-06-2025

16:50 / 13-06-2025

11:06 / 16-06-2025

Şirin quyruğun kim tapadladı?
Tarix: 30-09-2021 20:24 | Bölmə: Slayd

Hələ bu il aprelində İran dövlət mediası “İsrail casusu” və xarici kəşfiyyat orqanları ilə əlaqədə olmuş bir neçə başqa şəxslər həbs edildiyi haqda hay-küy qaldırmışdı. O zaman Ərəb Körfəzi ölkələrinə aid media orqanlarından biri İranın “hakimiyyət kulislərindəki mənbələrinə” istinadla xəbər verirdi ki, həbs olunanlar arasında BİR ŞİƏ RUHANİSİ, BİR NƏFƏR SÜNNİ RUHANİSİ var. Azəri əsilli hər iki DİN XADİMİNİN SEPARATÇI olduqları vurğulanırdı. Dərhal da iddia olunurdu ki, Naxçıvan Muxtar Respublikasında keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri zamanı xüsusi hazırlanmış casusların İrana atılmasının və “Sünik vilayətinin Azərbaycan və Türkiyə tərəfindən tutulmasının” qarşısını almaq üçün İran öz komandoslarını sərhəd zonasına yollayıb. Burdakı “Sünik vilayətinin Azərbaycan və Türkiyə tərəfindən tutulmasının” qarşısını almaq” söz birləşməsini yadda saxlayaq.
Yaz-yay ayları boyunca Azərbaycanın icazəsi olmadan İran yük avtomobillərinin rus sülhməramlıların məsuliyyət zonasına yük daşımaları haqda videogörüntülər yayılır.
Əvvəl təkzib edilsə də, sonradan məsələnin yoluna qoyulması üçün bir neçə dəfə danışıqlar aparılır.

Görus-Qafan yolu
Sentyabrın əvvəllərindən İran yük avtomobillərinin Görus-Qafan yolu üzərində qurulmuş Azərbaycan postlarından keçərkən gömrük rüsumları tələb olunmağa başlayır.
Azərbaycan-Türkiyə təlimləri və ardınca Pakistan-Azərbaycan-Türkiyə təlimlərinə cavab olaraq sentyabırn 17-də Ərdəbil imamcüməsi Həsən Amuli cümə xütbəsində “nə Türkiyə, nə də Azərbaycan qonşuluq haqqını yerinə yetirmədilər. Ona görə də İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir”,- deyə bildirir.
Sentyabın 27-si səhər yenə Körfəz mediası bu dəfə İnqilab keşikçilərindəki mənbəyə istinadla xəbər yayır ki, İranın şimal sərhədində təxminən bir həftə davam edən gərginlikdən sonra iki ölkəni birləşdirən Qafan-Gorus sərhədi yolunda İran nəqliyyatına Azərbaycan tərəfindən Türkiyənin dəstəyi ilə məhdudlaşdırma tətbiq edilib və:
1) Tehranın Hərbi Qüvvələri siyasi səviyyədə hər hansı bir qərar gözləyərək bölgəyə səfərbər edilib;
2) Ankaranın Bakıya məhdudlaşdırıcı tədbirləri ləğv etmək üçün təzyiq göstərməsi məqsədilə Suriya və İraqdakı Türkiyə hərbi mövcudluğu əleyhinə də addımlar atılacaq.
Qeyd edilir ki, keçən cümə İranın ali dini liderinə şimal sərhədindəki vəziyyətlə bağlı ətraflı bir hesabat təqdim edilib, hesabatda Azərbaycan ordusu iki ölkə arasındakı yolu tam nəzarət altına almaq üçün Ermənistanın sərhəd bölgələrini işğal etməkdə günahlandırır. Ali dini liderə təklif edilir ki, rəsmi Yerevan müraciət edəcəyi halda nəqliyyatın təhlükəsizliyini təmin etmək məqsədilə İran silahlı qüvvələrinin müdaxiləsinə razılıq versin.

Nəşrin mənbələri Putinlə Ərdoğanın Ermənistan sərhədindəki böhranı müzakirə edəcəklərini və Ankaranın Suriyada verəcəyi güzəştlər fonunda Moskvanın mövqeyinin müəyyən ediləcəyini bildiriblər. Nəşrə görə, İran tərəfi anlaşmanın onun maraqlarının NƏZƏRƏ ALINMAMASI (həm Ermənistan-Azərbaycan münaqişəsi, həm də Yaxın Şərqdə) hesabına baş tutacağından narahatdır. Bildirilir ki, İranı Ermənistanla birləşdirən strateji yol üzərindəki böhran səbəbiylə, Tehranla Azərbaycan arasındakı münasibətlər daha çox gərginliyə doğru gedir və İran bu, böhranın arxasında durmaqda günahlandırdığı Ankaranı Suriyada və İraqda hədəfə alır.
Maraqlıdır ki, apreldəki “Sünik vilayətinin “Azərbaycan və Türkiyə tərəfindən tutulmasının” qarşısını almaq üçün İran öz komandoslarını sərhəd zonasına atdığı deyilirdisə, srağagünkü xəbərdə ali dini rəhbərdən “tələb olacağı təqdidə hərbi müdaxiləyə razılıq verməsi” təklif olunur.
Sentyabrın 28-də isə İranın rəsmi “Keyhan” qəzetində Azərbaycan dövlətinin sabitliyini dindarların üsyanı ilə təhdid edən yazı işıq gördü.
Azərbaycan və Türkiyə hökumətlərini, ali dövlət rəsmilərini hədəfə alan, bütün diplomatik etiketləri aşan yazıda ölkəmizin sahəsinin İranın bir coğrafi vahidi qədər olması vurğulanır, iki ölkənin imkanlarının müqayisəsi “fil və fincan” nümunəsi ilə aparılır. Azərbaycanı məxməri inqilablardan qoruduqlarını iddia edən “Keyhan” Paşinyanı Qərbin əlaltısı kimi təqdim edir, bildirir ki, o, sülh razılaşması çərçivəsində də Süniki (Zəngəzuru) İranın icazəsi olmadan Azərbaycana verə bilməz, çünki İran-Ermənistan sərhədlərinin Azərbaycanın nəzarətinə keçməsi Tehranın maraqlarında deyil, “beynəlxalq anlaşmalarda regiondakı digər dövlətlərin maraqları nəzərə alınmalıdır”. Paşinyan Ermənistana “xəyanət edib ABŞ və Türkiyə planını yerinə yetirsə və Sünik Azərbaycan vilayətinə çevrilsə”, erməni xalqı indiki Şimali Qarabağda (Xankəndi və çevrəsi nəzərdə tutulur) qalan ərazilərini də bir müddət sonra itirəcək.

Yazıda İranın öz maraqlarını qorumaq üçün Azərbaycandakı dindar şiə faktorundan istifadə edilə biləcəyi də deyilirdi. - “Əliyev hökuməti, şübhəsiz ki, şiəliyin mərkəzinə yaxın olan 6 milyon şiə ilə, Ərdoğanın Türkiyədəki hökuməti isə təxminən 23 milyon ələvi şiəsi ilə üz-üzədir. İslam Respublikası heç vaxt Ərdoğanı və ya Əliyevi başa salmaq üçün (ifadə “qulaq asmağa məcbur etmək üçün” kimi də tərcümə olunur) bu imkanlardan istifadə etmək istəməyib”.
Beləliklə ,
- apreldə “Sünikin Azərbaycan və Türkiyə tərəfindən işğalın qarşısını almaq” üçün komandosların səfərbər olunduğu bildirilir (Körfəz mediası),
- sentyabrın 17-də İnqilab keşikçilərinin hərbi təlimlərinin keçirilməsi üçün Ali dini liderə müraciət olunur və bəlli olur ki, artıq icazə varmış (Ərdəbil imamcüməsi Həsən Amulinin xütbəsi),
- sentyabrın 27-də “lazım gələrsə hərbi müdaxilə ediləcəyi” bildirilir (Ali dini liderə təqdim edildiyi iddia olunan sənəd),
- sentyabrın 28-də “sionist rejimin sərhədlərdə mövcudluğuna dözməmək haqda cəfəng bir bəyanat” səsləndirilir (İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə),
- yenə həmin gün Zəngəzur dəhlizinin açılmasının İranın milli maraqlarına zidd olduğu üçün Paşinyanın sülh sazişinə getməyə imkan verilməyəcəyi haqda xəbərdarlıq edilir (“Keyhan” qəzeti).
- Və Azərbaycana təzyiq etmək üçün şiəliyin mərkəzinə meyl edən 6 milyon dindardan istifadə olunacağı “müjdələnir” (“Keyhan” qəzeti). və..
Bundan sonra təzyiqlər İran və İranın təsirində olan xarici (əsasən ərəbdilli) mediadan, parlament kürsülərindən, məscid minbərlərindən Azərbaycanın daxilinə daşımağa cəhd edilir:
a) Əvvəl “geoplitika üzrə politoloq” xanım bir yerli kanalda mövzunu sapdıraraq “3 qardaş” təlimlərinə, Pakistanın Azərbaycanla hərbi əməkdaşlığına qarşı qəribə sonluqla bitən bir çıxış etdi. Çıxışda Pakistan terror dövləti elan olundu, onun bölgəyə gəlişinin İranı qıcıqlandırdığı xüsusi vurğulandı.
b) İki gün əvvəlsə İranın “Səhər “ telekanalı İran əleyhinə çıxışlar edən azərbaycanlı siyasətçiləri videoşantajla hədələdi. Konkret halda ADP sədri ilə bağlı şok videoların açıqlancağı anons olundu. Bu arada xaricdəki bir-iki blogerin “ifşa etdiyi” deputatların da məhz İran barədə tənqid səsləndirənlər olması az təsadüfə oxşayır.
c) Və nəhayət, “geopolitika üzrə mollalıq edən” gənc dindar xanımların provakativ çıxışları.
Çıxış “Keyhan”ın anons etdiyi “qulaq asmağa məcbur etmək üçün” dini zəmində iğtişaşlara start vermək təşəbbüsüdürmü? Bütün bu təşəbbüslər, əsrlərlə bir-birinə ən yaxın mədəniyyət, tarixi tale, coğrafiya, din və dillə bağlı olan iki ölkənin gələcəyinə necə təsir edəcək? Biz nə etməliyik? Suaların cavabları və əks tədbirlər planı yəqin ki, vardır.
Amma aydındır ki, belə nümayişkaranə davranışlar “fincandan böyük fil”in, “quyruqlu şir”in qüdrət göstəricisi deyil. Bizim regional oyunçuya çevrilməyimizin, “İranın milli maraqlarına” cavab verməsə də, Zəngəzur dəhlizi ilə bağlı problemi həll etmək əzmimizin yaratdığı sancılardır. Özünü fil qədər qüdrətli, şir qədər cəsarətli hesab edənlər Soçi görüşü (və gələcəkdə Türkmən qazı, Lazurit yolu və s. ətrafından gedəcək danışıqlar) ərəfəsi məsələləri quyruqları (maraqları) tapdalanmadan həll olunması üçün hələ də regionda söz sahibi olduqlarını, Azərbaycanı, hətta Türkiyəni dindar işğtişaşları ilə silkələməyə qabil olduqlarını sübut etməyə çalışır. Bizə deyil, fildən də böyük olanlara. Ona görə də iki gün əvvəl Rusiyadan narazılıq da qabardılırdısa, bir gün sonra “Keyhan” Rusiya və İranın birgə maraqlarından dəm vururdu.
Hərçənd Azərbaycan münaqişənin həllinə dair məlum üçtərəfli bəyaantı imzaldıqdan dərhal sonra İranın da maraqlarının təmin olunması üçün 3+3 formatı irəli sürmüş, İran şirkətlərini də Qarabağın bərpasında iştiraka dəvət etmişdi. Halbuki Azərbaycana təklif olunan başqa formatlar da var. Məsələn, ABŞ-ın hələ ki sabiq diplomatların ekspert yazıları şəklində SC3+2 (üç Cənubi Qafqaz ölkəsi, ABŞ və Avropa İttifaqı) formatı təklif etdiyi bəllidir. Maraqlı, düşündürücü formatdır, ən azı müzakirə etmək olar.
Cəmaləddin QULİYEV
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
Bu gün, 17:42
İrandakı rejimi dəyişirlər?
Bu gün, 14:15
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb
Bu gün, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
Bu gün, 11:50
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
Bu gün, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Bu gün, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Bu gün, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
Dünən, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Dünən, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Dünən, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Dünən, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir