14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Mina təhlükəsi: daha 87 vətəndaşımız zərər çəkib
Tarix: 01-10-2021 11:46 | Bölmə: Slayd
Mina təhlükəsi: daha 87 vətəndaşımız zərər çəkib

2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 87 vətəndaşı minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib.

Bunu Reyting.az-a “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

Onun sözlərinə görə, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlardan bəlli olub ki, 2021-ci ilin sentyabr ayında 3 hadisə nəticəsində 3 nəfər piyadalar əleyhinə minadan zərər çəkib. Nəticədə bir mülki şəxs həlak olub, bir sərhədçi və bir mülki şəxs isə yaralanıb. 2021-ci ilin sentyabr ayında minalarla bağlı hadisələr Ağdam, Qazax və Zəngilan rayonlarının ərazisində qeydə alınıb.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi bir daha əhalidən xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.




Bölməyə aid digər xəbərlər