14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Həbsdəki sabiq icra başçısının səhhəti ağırlaşıb
Tarix: 01-10-2021 12:47 | Bölmə: Slayd
Həbsdəki sabiq icra başçısının səhhəti ağırlaşıb

Koronavirusa yoluxan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin vəziyyəti daha da ağırlaşıb.

Reyting.az
xəbər verir ki, bunu "Report"a Mahir Quliyevin vəkili Leyla Məmmədova deyib.

L. Məmmədova xatırladıb ki, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan sabiq icra başçısı hələ də süni tənəffüs aparatına qoşuludur.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M. Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

M. Quliyev ötən il aprelin 30-da icra başçısı vəzifəsindən kənarlaşdırılıb.

Hazırda onun cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.




Bölməyə aid digər xəbərlər