14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
“Saakaşvilinin Gürcüstanda ikinci dövr mübarizəsi başlayır. Tiflis hökuməti iflic olacaq...” - Ekspert
Tarix: 01-10-2021 16:11 | Bölmə: Slayd
“Saakaşvilinin Gürcüstanda ikinci dövr mübarizəsi başlayır. Tiflis hökuməti iflic olacaq...”

“Mixael Saakaşvili Gürcüstana qayıtdığını elan edib. Yaydığı videorolik də Batumiyə oxşayır. Biz Saakaşvilini tanıyırıq. Bilirik ki, dediyi sözün üstündə duran siyasətçidir. Əgər belə bir videorolik yayılıbsa, deməli, Saakaşvili Batumidədir. Bu isə o deməkdir ki, Gürcüstanı maraqlı və gərgin ictimai-siyasi mərhələ gözləyir”.

Bunu Reyting.az-a sabiq prezident M. Saakaşvilinin Gürcüstana qayıtmasını şərh edən hərbi-siyasi ekspert Azad İsazadə deyib.

A. İsazadə diqqəti M. Saakaşvilinin Gürcüstana seçkilərdən bir gün əvvəl gəlməsinə çəkib: “Sabah Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Saakaşvili Batumidə xalqa müraciəti zamanı əhalini seçkilərdə iştiraka çağırıb. Hətta bildirib ki, onu və partiyasını sevməyənlər belə seçkilərə gedərək bəyəndiyi siyasi qüvvələrə səs versinlər. O, eyni zamanda xalqı “Gürcü Arzusu” Partiyasına səs verməməyə çağırıb. Bunun özü də maraqlı çıxışdır və siyasi iddiadan xəbər verir”.

Ekspert qeyd edib ki, Saakaşvili xalqa müraciətində siyasi lider kimi çıxış edib, amma hansısa vəzifəyə də iddia etməyib: “Bunun özü də maraqlı gedişdir. Biz Saakaşvilini tanıyırıq. İstisna etmirəm ki, onun Baş nazir vəzifəsinə iddiası var. Amma bunu açıqlamaqdan çəkinir. Yəni əsl məqsədini gizlədir. Hər halda bunun özü də maraqlı gedişdir”.

A. İsazadənin fikrincə, M. Saakaşvili aksiyalar təşkil etməkdə usta siyasətçilərdəndir: “Saakaşvili açıq elan edib ki, 300 min insan mütləq Rustavelli prospekti ilə Tiflis şəhər mərkəzinə çıxmalı və ortaya iradə qoymalıdır. Ehtimal edirəm ki, azı 100 min insan Tiflis küçələrinə çıxacaq. Bu da Tiflis hakimiyyətini iflic edə bilər. Bundan sonra vəziyyət hansı istiqamətdə inkişaf edəcək? Bax, bunu indidən demək, hansısa proqnozlar irəli sürmək çətindir. İndi görünən odur ki, Saakaşvilinin Gürcüstanda ikinci dövr mübarizəsi başlayır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər