14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Ərdoğana qarşı proses başladılıb - 10 senator Baydenə müraciət edib
Tarix: 01-10-2021 17:24 | Bölmə: Slayd
Ərdoğana qarşı proses başladılıb - 10 senator Baydenə müraciət edib

Aralarında Senatın Xarici Əlaqələr Komitəsi üzvlərinin də olduğu 10 amerikalı senator ABŞ prezidenti Co Baydenə məktub yazaraq “Türkiyədə demokratiyaya yönəlik təhdiddə prezident Ərdoğanın məsuliyyətli tutulmasını” tələb edib.

Reyting.az
xəbər verir ki, ABŞ-ın Demokrat və Respublikaçı partiyalarının üzvü olan 10 sentor C. Baydenə müraciətlərində “Türkiyənin kürd əhalisini seçki hüququndan mərhum etmək, ölkənin siyasi plüralizmini sarsıtmaq və antidemokratik yollarla gücünü sərtləşdirmək” səylərinə görə Rəcəb Tayyib Ərdoğanın məsuliyyət daşımalı olduğuna işarə ediblər.

“Türkiyə Konstitusiya Məhkəməsinin 2021-ci ilin iyun ayında ölkənin üçüncü ən böyük partiyası -Xalqların Demokratik Partiyasına (HDP) qarşı irəli sürülən ittham aktını qəbul etməsi ilə bağlı qərarından dərin narahat olmuşuq”,-senatorların məktubunda yazılıb.

Senatorlar Baydendən xahiş edirlər ki, Ərdoğanın “ölkənin ən böyük kürd partiyasını dağıtmağa yönəlik artan cəhdlərini şiddətlə qınasın və Türkiyədə demokratik geriləmələrin qarşısını almaq məqsədilə” Avropa Birliyindəki müttəfiqləri ilə birlikdə işləsin.

ABŞ Konqresinin üzvləri Baydendən tələb edirlər ki, Türkiyə ilə münasibətlərdə milli demokratiya dəyərlərinə, insan haqlarına və qanunun aliliyinə sadiq qalsın, Avropa Birliyindəki ortaqlarla birlikdə Ərdoğanın hər hansı bir cəhdinin yanlış olduğunu başa salmağa çalışsın.

“HDP-nin dağılması, üzvlərinin saxlanılması və ya vəzifədən uzaqlaşdırılması Türkiyə üçün ciddi mənfi nəticələrə gətirib çıxaracaq”,- deyən konqresmenlər Türkiyəyə öz aləmlərində növbəti dəfə xox gəlməyə çalışırlar.

Qeyd edək ki, Türkiyəyə təzyiq məqsədilə yazılan məktuba demokrat senatorlardan Kris Van Hollen, Ron Vyden, Jiff Merkley, Jeanne Şaheen, Kory Booker, Ed Markey və Şerrod Brovn, respublikaçı senatorlardan isə Ceyms Lankford, Tom Tillis və müstəqil senator Ankus King imza atıb.

Məlumat üçün bildirək ki, son dövrlər ABŞ-Türkiyə münasibətlərində gərginlik yaşanır. Bu, xüsusilə BMT-nin 76-cı sessiyasından sonra özünü göstərir. Sessiya zamanı ABŞ və Türkiyə prezidentləri görüşməyib. Bunun ardınca prezident Ərdoğan Rusiyaya səfər edib, bu ölkədən “S-400” raket komplekslərinin növbəti partiyasını alacaqlarını açıqlayıb. Bütün bunlar ABŞ-ı daha çox qıcıqlandırır. ABŞ NATO-dakı müttəfiqi Türkiyəyə xoş rəftar əvəzinə Suriyadakı PKK/YPG terrorçularına 170 milyon dollardan çox yardım ayırmağı planlaşdırır.

Belə çıxır ki, Ərdoğan və Baydeni bu yaxınlarda G-20 zirvə görüşü çərçivəsində ağır müzakirələr gözləyir.

Həm də görünən odur ki, ABŞ Türkiyənin güclənməsini qəbul edə bilmir və senatorların son addımı da əslində Ankaraya təzyiq xarakteri daşıyır.

Reyting.az




Bölməyə aid digər xəbərlər