14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Hərbi ekspert: “İran Azərbaycandan təminat istəyir ki...”
Tarix: 02-10-2021 18:36 | Bölmə: Slayd
Hərbi ekspert: “İran Azərbaycandan təminat istəyir ki...”

“Azərbaycan-İran münasibətləri gərgindir. Ümid edirəm ki, gərginlik qaynar fazaya keçməyəcək. İranın da maraqlarına uyğun deyil ki, Azərbaycanla münasibətlər daha da kəskinləşsin və proses qaynar fazaya keçsin. İran hər tərəfdən Azərbaycanın müttəfiqləri ilə həmsərhəddir. İstər Türkiyə, istər Pakistan, istərsə də bizimlə qonşu ölkədir. Hesab edirəm ki, bu amil də yaddan çıxmamalıdır”.

Bunu hərbi ekspert Azad İsazadə Reyting.az-a İranın Azərbaycanla sərhəd ərazilərində son bir neçə gündə ikinci hərbi təlimi keçirməsindən danışarkən bildirib.

İsazadə deyib ki, biz uzun müddət İrana müqaviət göstərə bilmərik, amma İran da qaynar faza təhlükəsini bizdən yaxşı başa düşür: “İsrail faktorunu yaddan çıxarmaq lazım deyil. Həmçinin ABŞ buna kəskin reaksiya verərdi. İndi baş verənlər güc nümayişidir. İran özü üçün hansısa təminat istəyir. Məncə, burada söhbət Zəngəzur dəhlizindən gedə bilər. Çalışır ki, onun da maraqları nəzərə alınsın”.

Hərbi ekspert qeyd edib ki, Zəngəzur dəhlizi məsələsi İranı ciddi şəkildə narahat edir. Onun sözlərinə görə, bu gün İranın dünyaya yeganə qeyri-rəsmi çıxışı Ermənistan ərazisindəndir: “Söhbət İran-Ermənistan gömrüyündən gedə bilər. Əlbəttə, buradan qaçaqmal da gedir. Odur ki, indiki təlimlər Azərbaycana hansısa formada təzyiq, güc nümayişidir. Məqsədləri odur ki, Azərbaycan müstəqil siyasət aparmasın”.

İsazadə xatırladıb ki, İran quru qoşunlarının bəzi bölmələri Azərbaycanla sərhəddə təlimlərə başlamasına paralel olaraq bu ölkənin Daxili işlər naziri Əhməd Vahidi “Azərbaycanla dost ölkə olduqlarını, aramızı vurmaq istəyirlər”,- kimi ifadələr işlədir. “Aydındır ki, onlar təlimi Azərbaycana təzyiq məqsədilə keçirdiklərini deməzlər. Əlbəttə, təlim heç bir ölkəyə qadağan edilmir. Amma hər bir təlim həm də hərbi-siyasi baxımından hadisə sayıla bilər. Təlim keçirməklə öz gücünü göstərirsən. Düşünürəm ki, İranın təlimləri tezliklə başa çatacaq. Mən başqa ssenariləri istina edirəm”,- A. İsazadə bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər