14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
ABŞ Saakaşvili vasitəsilə Cənubi Qafqazda yeni planını reallaşdırmaq istəyir
Tarix: 03-10-2021 09:36 | Bölmə: Slayd
ABŞ Saakaşvili vasitəsilə Cənubi Qafqazda yeni planını reallaşdırmaq istəyir

“ABŞ-ın müvafiq dairələri Gürcüstanın indiki hakimiyyətinə xəbərdarlıq etmək istəyir ki, əgər məlum “Altılıq” ideyasını dəstəkləsələr, Gürcüstanda yeni inqilab baş verə bilər”.

Bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ölkəsinə gözlənilməz səfərini və saxlanılmasını şərh edərkən deyib.

A. Məsiyev xatırladıb ki, Türkiyə prezidenti R.T.Ərdoğan Cənubi Qafqazda sülhün, əminamalığın və tərəqqinin əldə edilməsi üçün “3+3” formatı, yəni “Altılıq” platforması təklif edib və bu istiqamətdə intensiv danışıqlar aparılır. Onun sözlərinə görə, bu ideyanı Azərbaycan, Rusiya və İran qəbul edir, Ermənistan açıq mövqe bildirmir, Gürcüstan isə hələlik tərəddüd edir: “Amma “3+3” ideyasının həyata keçməsi ABŞ-ın maraqlarına uyğun gəlmir. Çünki belə olduğu halda Cənubi Qafqaz ABŞ-ın təsir darəsindən uzaqlaşa bilər. Prezidentlərin görüşlərinin intensivləşməsi, Gürcüstanın məlum “Altılıq” platformasına daxil olma ehtimalı ABŞ-da narahatlıq yaradıb. Bu səbəbdən ABŞ öz kadrı Saakaşvilini tələm-tələsik Gürcüstana göndərdi. Saakaşvilinin gəlişi Gürcüstanın indiki hakimiyyətinə ABŞ-ın bir mesajdır”.


A. Məsiyev

Siyasi şərhçi diqqətə çatdırıb ki, prezident Zelenskinin Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb və müvafiq fərmanla onu Ukrayna dövlətində İslahatların İcraiyyə Komitəsinin rəhbəri təyin etməsi ABŞ üçün xüsusi əhəmiyyət kəsb edib: “Çünki bu qurum vasitəsilə Ukrayna bir dövlət olaraq ABŞ tərəfindən islahatlar adı altında təsir dairəsinə alınıb. Eyni zamanda Saakaşvili bilirdi ki, Gürcüstana gəldiyi halda saxlanılacaq. Amma o, inadkarlıqla Gürcüstana gəldi və hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Saakaşvilinin arxasında ABŞ-dakı və Avropa İttifaqındakı müəyyən dairələrin dayanığı sirr deyil, görünür, yaxın vaxtlarda həmin dairələr Gürcüstanda yeni “siyasi şoular” təşkil edəcəklər”.

İnstitut rəhbəri xatırladıb ki, Saakaşvili 2003-cü ilin oktyabrında da ABŞ-da hazırlanmış plan əsasında, bu ölkənin siyasi və maliyyə dəstəyilə Gürcüstandakı “Qızılgül” inqilabı nəticəsində hakimiyyətə gəlib və regionda daha çox ABŞ-ın strateji planlarını həyata keçirib.





Bölməyə aid digər xəbərlər