14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Sərdar Cəlaloğlu: “Azərbaycanın Ermənistan üzərində qələbəsi İranı şoka salıb”
Tarix: 04-10-2021 14:02 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Azərbaycanın Ermənistan üzərində qələbəsi İranı şoka salıb”

“Azərbaycan İranla qarşılıqlı əməkdaşlığa üstünlük verən dövlətdir. Bu gün İranın Azərbaycana qarşı apardığı siyasətin heç bir əsası yoxdur. İran Azərbaycan dövlətinin Ermənistan üzərində qələbəsindən şoka düşüb və Azərbaycanla necə davranmağı bilmir. Nəticə olaraq bu cür əsassız, gülməli və ağılsız addımlar atır”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İranın Ali dini lideri Seyid Əli Xamnəinin son bəyanatını şərh edərkən deyib.

S. Cəlaloğlu bildirib ki, İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi və buna paralel olaraq İran rəhbərlərinin Azərbaycan əleyhinə müxtəlif bəyanatlarla çıxış etməsi əsassızdır. Ona görə ki, Azərbaycan nə sionist dövlətdir, nə də İranla düşmənçilik siyasəti yürüdür: “Əgər İsraillə əməkdaşlıq sionist rejimi deməkdirsə, dünyanın bütün ölkələri İsraillə əməkdaşlıq edir və İranın da həmin dövlətlərlə yaxın əməkdaşlığı var. İranın ən böyük müttəfiqləri də İsraillə əməkdaşlıq edir. Bu da onu göstərir ki, əslində İran Azərbaycana qarşı Ermənistanı dəstəkləmək üçün bəhanə axtarır. Amma bunun heç bir mənası yoxdur. Bizi balaca dövlət adlandırmasına rəğmən, İran bu günə qədər heç bir böyük dövlətlə həyata keçirmədiyi bir siyasət həyata keçirir. Bu da onu göstərir ki, bizi kiçik adlandırsalar da, əslində özlərindən böyük hesab edirlər və çəkinirlər”.

Partiya sədrinin fikrincə, İranın Azərbaycandan qorxması daha çox Cənubi Azərbaycan amili ilə bağlıdır: “Artıq vaxtı çatıb ki, Azərbaycan BMT yaranarkən gündəliyin birinci məsələsini -dondurulan maddəni qaldırsın. Başqa sözlə, BMT-də Cənubi Azərbaycan məsələsinə baxılsın”.

S. Cəlaloğlu ehtimal edir ki, hadisələr bu cür davam etdikcə İrandakı fars şovinizmi “Böyük Ermənistan” millətçiləri və rus şovinizmi ilə birlikdə hərəkət edərək dünya üçün təhdid yaradacaqlar: “Bu gün İran-Azərbaycan konflikti İranla Azərbaycan dövləti arasında deyil, fars şovinizminin türk dünyası ilə konflikti kimi meydana çıxıb. Odur ki, burada iki məqamı bir-birindən ayırmalıyıq: İran dövləti başqa, fars şovinizmi başqadır. Hakimiyyətdə olan şovinistlər bu cür siyasət aparsa da, İranda milyonlarla insan əsl həqiqəti bildiri və Azərbaycanın haqlı tərəf sayırlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər