14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Araz Əlizadə: “İlham Əliyev olduqca güclü diplomatdır”
Tarix: 04-10-2021 15:38 | Bölmə: Slayd
Araz Əlizadə: “İlham Əliyev olduqca güclü diplomatdır”

“Prezident Əliyev Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırmasını dəfələrlə müşahidə etmişik. Prezidentin dediyi kimi, bu, Ermənistanın yeganə xilası yoludur. Ermənistan Azərbaycanla əlaqələrini normallaşdırmasa, yenidən çətin vəziyyətlə üzləşməli olacaq. İndi Ermənistanın qarşısında iki yol var: ya Azərbaycanla əməkdaşlığa gedir, ya da izolyasiyada qalmaqda davam edir. Artıq bu, onların seçimidir”.

Bu sözləri Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Əlizadə hesab edir ki, artıq Ermənistan hakimiyyəti reallığı anlayır. O, buna misal kimi Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatını göstərir: “Paşinyan bu gün elan edib ki, Azərbaycan lideri ilə görüşə hazırdır. Bu, uzun müddətdən sonra Ermənistanın mövqeyidir. Əlbəttə, bir var, bəyanat vermək, bir də var, real addım atmaq. Mənim fikrimcə, tərəflər görüşsə və müzakirələr aparsa, irəliləyiş olardı. Mən belə anlayıram ki, Paşinyan Rusiyanın dediklərini edəcək. Ehtimal etmək olar ki, Ərdoğan-Putin görüşündən sonra Moskvadan Paşinyana deyilib ki, get, məsələni həll et. Hər halda Azərbaycan prezidenti haqlı olduğunu bir daha göstərib”.

A. Əlizadənin fikrincə, artıq Azərbaycan və Ermənistan arasında proses başlanıb: “Mən gözləyirəm ki, bu danışıqlar Azərbaycanın xeyrinə olacaq. Nəzərə almaq lazımdır ki, İlham Əliyev olduqca güclü diplomatdır. Bunu ötən illər də təsdiqləyir. Bu mənada Azərbaycan-Ermənistan danışıqlarından başqa şey gözləmək doğru olmazdı. Düşünürəm ki, Azərbaycanla normal əlaqələrin qurulması ilk növbədə ermənilərin xeyrinədir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər