14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Ermənistanın sabiq prezidenti Azərbaycanla bağlı reallıqları etiraf edib - Politoloq
Tarix: 04-10-2021 17:15 | Bölmə: Slayd
Ermənistanın sabiq prezidenti Azərbaycanla bağlı reallıqları etiraf edib

“Ermənistanın eks-prezidenti Robert Köçəryan oktyabrın 4-də keçirdiyi mətbuat konfransında Baş nazir Nikol Paşinyanın əleyhinə danışıb. Köçəryan çox məyusdur, çünki vaxtilə Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirakçı olub, buna gənclik illərini sərf edib, döyüşlərdə cinayətkar dostlarını itirib”,

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. E. Şahinoğlu bildirib ki, N. Paşinyan cəmi 44 gün ərzində eks-prezidentin “əməyini” yerə vurub, işğal etdikləri əraziləri itirib:

“Köçəryan ona da məyusdur ki, bütün bunlara baxmayaraq, erməni cəmiyyəti seçkidə Birinci Qarabağ müharibəsinin qalibi kimi ona yox, İkinci Qarabağ müharibəsinin məğlubu Paşinyana səs verib”.


E. Şahinoğlu

Politoloq əlavə edib ki, R. Köçəryanın mətbuat konfransında reallığı əks etdirən 3 fikri diqqət çəkib:

“Birincisi, Köçəryan dedi ki, Ermənistan 1990-cı illərdə Azərbaycandakı xaosdan istifadə edərək Qarabağ və ətraf rayonları ələ keçirib, İkinci Qarabağ müharibəsində isə rollar dəyişib.

Köçəryan Azərbaycanla bağlı haqlıdır, Ermənistana gəldikdə isə bu, reallığı əks etdirmir, çünki müharibədən əvvəl və sonra da erməni cəmiyyətinin əksər hissəsinin Paşinyana dəstəyi azalmadı və ona qarşı hərbi çevriliş cəhdi reallaşmadı.

İkincisi, Köçəryan mətbuat konfransında bildirdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Azərbaycanın üzv dövlətlərlə münasibətləri Ermənistandakından daha yaxşıdır. Köçəryan haqlıdır, Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan Ermənistanı Azərbaycan qarşısında məğlubiyyətdən xilas etmədi.

Üçüncüsü, Köçəryanı belə bir sual səsləndirdi: Azərbaycan 4 ildən sonra Rusiya hərbçilərinin Qarabağdakı mandatını uzatmasa Ermənistan nə edəcək, bu haqda erməni cəmiyyətində düşünən varmı?

Bu da haqlı sualdır. Azərbaycan 4 ildən sonra rus hərbçilərini Qarabağda görmək istəmir.

KöçəRyan onu da bildirdi ki, Paşinyan faktiki Qarabağdan imtina edərək bu bölgəni Rusiyaya yükləyib.

Həqiqətən Paşinyan öz ölkəsinin problemlərini həll etmək istəyir, Qarabağ onun üçün böyük yükdür”.

Politoloqun fikrincə, R. Köçəryan vaxtilə reallıqları dərk edən prezident Levon Ter-Petrosyanı ona görə devirərək prezident kürsüsünü ələ keçirib ki, Azərbaycan Qarabağ üzərində nəzarətini bərpa edə bilməsin:

“Üstündən 25 il keçdikdən sonra Köçəryan Levon Ter-Petrosyan kimi açıqlamalar verməyə başlayıb. Köçəryan elə 25 il əvvəl Levon Ter-Petrosyan kimi reallıqları qəbul etsəydi, erməni xalqı bu zaman ərzindəki faciələrini yaşamazdı”.




Bölməyə aid digər xəbərlər