14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
İran sülhə mane olur - Professor
Tarix: 05-10-2021 15:42 | Bölmə: Slayd
İran sülhə mane olur

“Azərbaycan dəfələrlə Ermənistana sülh sazişi imzalamaq, bir-birinin ərazi bütövlüyünü, sərhədlərini tanımağı təklif edib. Təəssüflər olsun ki, Ermənistan bu istiqamətdə ciddi addım atmır. Dildə nəsə deyir, bəyanat verirlər, amma real işə gələndə... Bu da onu göstərir ki, Azərbaycan müharibədən sonra regionda inkişaf və tərəqqiyə, qonşularla mehriban münasibətlərə hazır olsa da, Ermənistan haqqında bunu demək bir qədər çətindir”.

Bu fikirləri Reyting.az-a sabiq təhsil naziri Firudin Cəlilov deyib.

Professor F. Cəlilov əlavə edib ki, regionda böyük dövlətlərin hər birinin öz oyunu var. Kiçik dövlətlər də böyük dövlətlərin marağını nəzərə alır. Bu səbəbdən Ermənistan sülh çağırışlarına reaksiya versə də, onu həyata keçirməkdən uzaq görünür.

Sabiq nazirin sözlərinə görə, son zamanlar İran da həddini aşır, Azərbaycanı özünə təhlükə görür: “Gah sərhəddə qoşun yığır, gah təlim keçirir, gah da Ermənistana dron göndərir. Sanki güc göstərmək istəyir. Amma unudur ki, Azərbaycan 30 il əvvəlki ölkə deyil”.

F. Cəlilovun iddiasına görə, Ermənistan həm də İranın dəstəyi sayəsində Azərbaycanla sülhə gəlmək istəmir.

Professor diqqəti Ermənistanın daxilindəki proseslərə yönəldib: “İrəvanın sülh istəyib-istəməməsi həm də daxildəki real vəziyyətlə bağlıdır. Ermənistan bu saat içəridən çalxalanır. Çünki orada həm Rusiyanın, həm ABŞ-ın, həm də Avropanın maraqlarını müdafiə edən qüvvələr var və onlar müqavimət göstərirlər. Təsədüfi deyil ki, ABŞ-ın dünyada ən böyük səfirliyi də İrəvanda yerləşir. Bu isə regionla bağlı müəyyən planın cızıldığını və onun yerinə yetirilməli olduğunu göstərir. Hər gün rastlaşdığımız xəbərlərdə bu planın müəyyən elementləri görünür”.

F. Cəlilov sonda qeyd edib ki, məsələlərə nikbin baxır: “Düşünürəm ki, bu planların Azərbaycana ancaq xeyiri var. Yəni Ermənistanın öz mövcudluğunu qoruması üçün sülhdən savayı çarəsi yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər