14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Avropanın Ermənistandan tələbləri artacaq
Tarix: 05-10-2021 16:48 | Bölmə: Slayd
Avropanın Ermənistandan tələbləri artacaq

Avropa İttifaqının Ermənistana ayırdığı 2,6 milyard avronun müəyyən məbləğinin Ermənistanın Azərbaycanla sərhəd hissələrində xərclənməsi fonunda Azərbaycana daha az maliyyənin verilməsi təsadüfi deyil.

Politoloq Cümşüd Nuriyev Reyting.az-a deyib ki, Avropa İttifaqı maliyyə ayırarkən Azərbaycan və Ermənistan arasında ciddi fərq qoymasını bir neçə istiqamətdə dəyərləndirmək olar. Onun sözlərinə görə, burada birinci amil xristian həmrəyliyidir. Yəni bu amil Avropa İttifaqının Ermənistanı Azərbaycandan fərqləndirməsinə, ona daha çox maliyyə ayırmasına səbəb olub.

C. Nuriyev ikinci amil kimi Avropanın üzdə demokrat, arxada qeyri-demokrat yanaşmasını göstərir: “Mən başqa səbəb görmürəm. Normalda Avropa İttifaqı neytrallığını qorumaq üçün hər iki ölkəyə eyni səviyyədə maliyyə ayırmalı idi. Xüsusilə, əgər hər iki dövlət müharibədən çıxıbsa. Təəssüflər olsun ki, belə yanaşmanı görmədik. Avropa yenə də üzdə bir, arxada başqa cür göründü”.

C. Nuriyevin fikrincə, Avropa İttifaqının Ermənistana daha çox maliyyə ayırması həm də İrəvanı şirnikləşdirərək təsir dairəsinə salmaq istəyindən qaynaqlanır. Yəni məqsəd Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır: “Azərbaycan isə Rusiya ilə müqayisədə daha çox Türkiyə ilə yaxındır. Odur ki, Azərbaycan indi Avropa İttifaqını o qədər də narahat etmir”.

Politoloq dördüncü səbəb kimi Azərbaycanın belə bir yardıma ehtiyacının olmadığını göstərir: “Nəzərə alırlar ki, Azərbaycan özünü təmin etmək gücündədir. Onsuz da ayrılan maliyyə 5 il ərzində veriləcək. Amma işin o tərəfi var ki, maliyyə verəndə həm də hansısa tələblər irəli sürürlər. Bu mənada düşünürəm ki, Avropanın Ermənistandan böyük tələbləri olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər