14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Azərbaycan regionda şərtləri kəskin şəkildə dəyişib - Professor
Tarix: 05-10-2021 17:50 | Bölmə: Slayd
Azərbaycan regionda şərtləri kəskin şəkildə dəyişib

“Azərbaycan Ordusu 44 günlük müharibədə yalnız işğaldakı ərazilərin böyük hissəsini azad etməyib, eyni zamanda regionda şərtlər kəskin şəkildə dəyişib”.

Bunu Reyting.az-a professor Rüstəm Məmmədov 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda dəyişən şərtlər və yeni hərbi-siyasi vəziyyətdən danışarkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı dəyişikliyin müəllifi Azərbaycandır:

“İndi vəziyyət belədir ki, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsini birdəfəlik gündəmdən çıxarıb.

Status-kvoya gəldikdə, indi yaranan yeni şəraitdə dövlətlər bir-birilə münasibətlər qurmalı və status-kvo bundan sonra müəyyənləşməlidir. Odur ki, köhnə status-kvo Azərbaycan tərəfindən darmadağın edilib, yeni status-kvonun yaranması üçün münasibətlər qurulmalıdır”.

Professor xatırladıb ki, 44 günlük müharibənin qalibi Azərbaycandır və biz müharibədə qələbə əldə etmişik, işğala son qoymuşuq:

“İndi yeni münasibətlərin qurulma mərhələsidir. O cümlədən də İranla. Bunda İran da maraqlı olmalıdır”.

R. Məmmədovun fikrincə, hazırda status-kvo yoxdur, vəziyyət dəyişib və yeni status-kvonu məhz Azərbaycanın maraqlarına uyğun yaradılacaq. Yəni Azərbaycan bu məsələdə diktə edəcək tərəfdir.

Professor diqqətə çatdırıb ki, uzun illər bir sıra ölkələr regionda Azərbaycana uyğun olmayan status-kvonun saxlanılmasında maraqlı idi: “Yəni bu istəkləri ilə həm də Ermənistanı müdafiə edirdilər. Artıq Azərbaycan status məsələsini tarixin arxivinə göndərib və gələcəkdə də olmayacaq. İndi Ermənistan regionda hansı dəyişikliklərin baş verdiyinin fərqində olmalıdır. Bu mənada İrəvan Azərbaycanla əməkdaşlıq yolunu seçməlidir. Əks halda onun regionda yeri və rolu getdikcə azalacaq. Onsuz da erməni siyasətçiləri elan edirlər ki, indi baş verən proseslərdə Ermənistan subyektdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər