14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
İran Qarabağdakı erməni terrorçularına yenə silah vermək istəyir - Deputat
Tarix: 05-10-2021 19:03 | Bölmə: Slayd
İran Qarabağdakı erməni terrorçularına yenə silah vermək istəyir

“Müharibənin davam etdiyi dövrdə Azərbaycanın dövlət başçısı jurnalistlərlə görüş keçirərkən iranlı jurnalist xanım cənab prezidentə sual verdi. Dərhal prezident həmin jurnalisti ortaya fakt qoymağa, ad çəkməyə çağırdı. Nəticədə iranlı jurnalist xanım çıxılmaz vəziyyətlə üzləşdi. İndi İranın Ali dini lideri başda olmaqla İslam Respublikasının rəsmiləri sərhəddə “hansısa xarici qüvvələrin yerləşdirilməsindən” danışır, xüsusən də, İsrail dövlətinin hərbi qüvvələrinə işarə edirlər. Cənab prezident də haqlı olaraq onlara sual verir: əlinizdə fakt varmı, nəyəsə əsaslanırsınızmı? Əgər varsa, deyin, açıqlayın, yoxlayın. Təbii ki, yoxdur”.

Bunu Reyting.az-a deputat Elman Məmmədov son günlər kəskinləşən İran-Azərbaycan münasibətləri və Azərbaycan prezidentinin İranla bağlı son açıqlamasını şərh edərkən deyib.

Deputat bildirib ki, Azərbaycanda İsraildən alınan silah-sursat var: “Biz bu silahları şəxsi vəsaitimiz hesabına almışıq. Həm də təkcə İsraildən yox, Rusiyadan, Türkiyədən, Belarusdan, Ukraynadan və digər silah istehsal edən ölkələrdən. Bəli, dünyanın ən müasir silahlarını öz təhlükəsizliyimiz üçün, özümüzü qorumaq, müharibədə qələbə əldə etmək məqsədilə almışıq. Düz etmişik. Qalib də gəlmişik. Bu bizim haqqımız, hüququmuzdur, heç kim buna görə bizi ittiham edə bilməz. Əksinə, biz ittiham edə bilərik. Sənin ərazindən və sənin iştirakınla işğalçı ölkəyə, cinayətkar rejimə və terrorçu qruplara silah-sursat daşınıb. Bunun cavabını ver”.

E. Məmmədov İrana qarşı konkret ittihamlar da səsləndirib: “30 il ermənilərin işğalı altında olan və talanan Azərbaycan ərazilərində nə qədər tikinti materialları olubsa, hamısını siz daşıyıb aparmısınız. Bunun cavabını ver. İndi bizə güc nümayiş etdirir, şirdən danışıb, onun quyruğundan yapışırsınız. Müsəlman qardaşlarınız Arazın bu tayında qətlə yetiriləndə, ermənizlər müsəlmanlara qarşı soyqırımı törədəndə həmin şir və onun quyruğu niyə səsini çıxarmırdı? Axı siz müsəlmansınız, bu yandan da öldürülən müsəlman idi. Siz isə müsəlmanların soyqırımına susurdunuz. Azərbaycan qələbə qazandıqdan sonra güc nümayiş etdirir, bizi hədələyirsiniz”.


E. Məmmədov

İranı Azərbaycanın daxili işlərinə qarışmamağa çağıran deputat daha bir məqama toxunub:

“Erməni erməniliyi ilə ən yüksək səviyyədə etiraf edir ki, Gorus-Qafan yolunun 21 kilometrlik ərazisi xəritə, sənəd və sübutla Azərbaycan ərazisidir. İran isə bunu etiraf etmir, deyir ki, ora Ermənistan ərazisidir və oradan da yenə Qarabağdakı cinayətkarlara, terrorçulara silah, ərzaq və neft məhsulları daşımaq istəyir.

İttiham etmək məsələsinə gəldikdə, bizim bunun üçün əsasımız həddən artıq çoxdur. Ermənilər 30 il ərzində Qarabağda İslama aid abidələri, məscidləri, müsəlmanların qəbirlərini dağıtdı, viran qoydu, məscidlərdə, ibadətgahlarda donuz saxladılar, İran isə İslam dövləti olmasına baxmayaraq, bu vəhşiliyə susdu”.

Deputatın sözlərinə görə, Azərbaycan İran tərəfinə deyir ki, bizim ərazimizdəki cinayətkar-separatçı rejimlə əməkdaşlıq etmə, onun təminatı ilə məşğul olma. Amma bu, İranın xətrinə dəyir. Halbuki İran bu addımları ilə Azərbaycanın sərhəd toxunulmazlığını, qanunlarınızı pozur, terrorçu-separatçılara dəstək verir ki, yenidən soyqırımı törətsinlər.

Sonda E. Məmmədov bildirib ki, Azərbaycanla İran qonşu və müsəlman ölkələridir: “Biz qonşumuzla münasibətlərdə hər zaman səmimi olmuşuq, bu gün də səmimiyik. İstəyirik ki, İranla ən yüksək səviyyədə qonşuluq, əməkdaşlıq və dostluq edək. Amma İranın əməlləri bizim istəyimizə mane olur. Biz İrandan normal və səmimi davranışlar gözləyirik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər