14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Azərbaycan təyyarələri Ermənistan üzərindən uçuşlara başlayıb
Tarix: 06-10-2021 09:46 | Bölmə: Slayd
Azərbaycan təyyarələri Ermənistan üzərindən uçuşlara başlayıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə AZAL-dan bildiriblər.

Məlumata görə, bu, Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.

Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.

Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər də daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.




Bölməyə aid digər xəbərlər