14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Təhsil naziri üç sektora müdir təyin edib
Tarix: 06-10-2021 11:25 | Bölmə: Slayd
Təhsil naziri üç sektora müdir təyin edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar olub.

BŞTİ-nin məlumatına görə, təhsil nazirinin əmrinə əsasən, Kamran Əliyev BŞTİ-nin Hüquq sektorunun müdiri təyin edilib. K. Əliyev bu təyinata qədər Peşə Təhsili üzrə Dövlət Agentliyində və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Təhsil nazirinin digər əmri ilə Tural Mahmudov BŞTİ-nin İnfomasiya təminatı sektorunun müdiri təyin edilib. T. Mahmudov bu təyinata qədər Gədəbəy Rayon İcra Hakimiyyətində baş məsləhətçi, “VF Azərkredit” MMC-nin Gədəbəy filialında kredit mütəxəssisi, Təhsil İnstitutunun strateji təhlil şöbəsində aparıcı mütəxəssis və S. Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini vəzifələrində çalışıb.

Həmçinin təhsil nazirinin digər əmrinə əsasən, Fuad Əsgərov İnsan resursları sektorunun müdiri təyin edilib. F. Əsgərov bu təyinata qədər Daxili işlər və Fövqəladə hallar orqanlarında, BŞTİ-də müxtəlif vəzifələrdə çalışıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər