14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Politoloq: “İranı başa salacaqlar ki...”
Tarix: 06-10-2021 12:42 | Bölmə: Slayd
Politoloq: “İranı başa salacaqlar ki...”

“İran və Azərbaycan münasibətlərindəki gərginlik sakitləşəcək. İranın xarici işlər naziri Rusiyaya səfər edib. Fikrimcə, Moskvada da onlara sakitləşməyi məsləhət görəcəklər. İzah edəcəklər, başa salacaqlar ki, zilə qalxmayın. Yəni Rusiya İranın regionda aktiv görünməsində maraqlı deyil. Rusiya İranı Suriya prosesindən kənarlaşdırmaq üçün yollar axtarır. Odur ki, İranın Azərbaycanla bağlı cəhdləri dəstək qazanmayacaq”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov İran-Azərbaycan münasibətlərindən danışarkən deyib.

Azərbaycanın hazırda güclü dövlət olduğunu xatırladan R. Musabəyov Türkiyə və Pakistan kimi güclü müttəfiqlərə də diqqət yönəldib: “Eyni zamanda İsrail də var. Mən düşünmürəm ki, İran bu ölkələri özünə qarşı qoymaqda maraqlı olsun. Ehtimal edirəm ki, Tehran hansısa formada münasibətləri qaydaya salmaq üçün yollar axtaracaq. Bir müddətdən sonra gərginliyi aradan qaldırmaq üçün səylər müşahidə olunacaq. Mümkündür ki, bu prosesdə Türkiyə də hansısa şəkildə iştirak etsin”.

İranın Azərbaycana qarşı mövqeyindən geri çəkiləcəyini qeyd edən R. Musabəyovun fikrincə, onların geri çəkilməməsi üçün resursları yoxdur: “İran geri çəkilməyib nə edəcək? Gərginlik var. Amma hələlik bizim səfirimiz Tehranda, İranın səfiri Bakıdadır. Adətən gərginlik artanda səfirləri geri çağırır, sərhədi bağlayırlar. Göründüyü kimi, indi münasibətlərdə gərginlik müşahidə edilsə də, bu hallar baş vermir. Məlum olan budur ki, İran tərəfi Azərbaycanın hərbi təyyarələrinin Naxçıvana uça bilməyəcəyini elan edib. Düşünürəm ki, biz də lazımi addımları həm atmışıq, həm də atmaq imkanındayıq. Amma düşünmürəm ki, münasibətlər səfirləri geri çağırmaq, sərhədi bağlamaq səviyyəsinə çatsın”.

Reyting.az




Bölməyə aid digər xəbərlər