14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Azərbaycan və Ermənistan arasında kommunikasiyalar açılır
Tarix: 06-10-2021 13:56 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan arasında kommunikasiyalar açılır

“Dəhliz və kommunikasiyaların açılması noyabrın 10-da imzalanmış üçtərəfli sazişdə də əksini tapıb. Aydındır ki, region dövlətlərinin də kommunikasiya, dəhliz və hava məkanının açılmasında marağı var. O cümlədən də Rusiyanın. Azərbaycanın isə Naxçıvanla birləşməsi, Türkiyə ilə yolun açılması marağı var. Bu, regionda sülh prosesinə ciddi təsir edəcək addım olardı. Bu mənada indi Azərbaycan təyyarələrinin Ermənistanın hava məkanından Naxçıvana uçması müsbət hadisədir”.

Bunu Reyting.az-a Respublikaçı Alternativ Partiyanın Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli bu gün Ermənistan hava məkanının Azərbaycan sərnişin təyyarələrinə açmasını şərh edərkən deyib.

İqtisadçı əlavə edib ki, hava dəhlizinin açılması Ermənistan üçün də əlverişlidir. Onun sözlərinə görə, Türkiyə də hava dəhlizini Ermənistan üçün açıb: “Əslində bu proses paralel gedir. Ümumən Azərbaycan və Ermənistan arasında danışıqlar Türkiyə və Ermənistan arasındakı münasibətlərlə paraleldir. Xatırlayırsınızsa, Türkiyə prezidenti Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş haqqında fikirlər səslənirdi, hər iki tərəfdən qarşılıqlı pozitiv bəyanatlar verilirdi. Fikrimcə, Azərbaycan diplomatiyası Türkiyə diplomatiyası ilə işləyir, Türkiyə tərəfi də hər bir addımı Azərbaycan tərəfi ilə müzakirə edir”.


N. Cəfərli

N. Cəfərli qeyd edib ki, hava dəhlizinin açılması ilk müsbət siqnaldır və bunun ardı gəlməlidir. Onun fikrincə, bu müsbət addımın Azərbaycan və Ermənistan arasında keçirilməsi gözlənilən yüksək səviyyəli görüş öncəsi atılması vəziyyətin yumşaldılmasına xidmət edir. “Bu, çox müsbət hadisədir. Hesab edirəm ki, hava dəhlizinin ardınca kommunikasiya xətləri də açıla, Zəngəzur dəhlizi məsələsi reallaşa bilər. Ümid edirəm ki, Ermənistan tərəfi bu addımları da atacaq”, - deyə N. Cəfərli əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər