14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
İran Azərbaycanla bağlı dediklərini sübut edə bilmir
Tarix: 07-10-2021 13:22 | Bölmə: Slayd
İran Azərbaycanla bağlı dediklərini sübut edə bilmir

“Azərbaycan prezidenti İlham Əliyev İran-Azərbaycan münasibətlərinin kəskinləşməsi ilə əlaqədar Cəbrayılda bəzi açıqlamalar verdi, yaranan vəziyyətlə əlaqədar mövqeyini bildirdi. Prezident açıq elan etdi ki, Azərbaycanla bağlı səsləndirilən iddiaların heç biri əsaslı deyil. Əgər əsasları və faktları varsa, bunu Azərbaycana təqdim etsinlər. İndi görünən budur ki, İran dediklərini sübut edəcək hər hansı bir faktı Azərbaycana təqdim etməyib. Başqa sözlə, əllərində belə faktlar yoxdur”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Əlizadə bildirib ki, İranın iddialarından sonra Azərbaycana fakt və sübutlar təqdim etməməsi təbii qarşılanmalıdır: “Çünki belə faktlar yoxdur. Daha doğrusu, İranın iddialarının əksinə olaraq burada nə İsrail var, nə də başqaları. Deməli, yalan danışırlar. Niyə? Azərbaycana şər atıblarsa yalan danışılmalıdır ki, hərəkətlərinə bəraət qazandırsınlar. Amma buna yol vermək olmaz. Əlində faktın yoxdursa danışmamalısan. Varındırsa, ortaya qoymalısan. İndi ortaya çıxan budur ki, İran tərəfinin danışmasından başqa əlində heç nəyi yoxdur. Halbuki bizim əlimizdə İrandan Xankəndiyə yük nəqliyyatlarının işləməsinə dair fakt var idi və böyük ehtimalla İran tərəfinə təqdim edilmişdi”.

A. Əlizadə əlavə edib ki, əslində İran yaxşı düşünməli, Azərbaycanla gərginliyin ona lazım olub-olmadığını müəyyən etməlidir: “İran fələstinlilərə görə az qala İsraili məhv etmək istədiyini ortaya qoyur. Bu məntiqlə yanaşsaq İran şiə azərbaycanlıları qətl edən, soyqırımı törədən Ermənistana divan tutmalıdır. Ancaq biz bunun əksini görürük. Onlar Ermənistana hər formada dəstək verirlər”.

Partiya sədri sonda qeyd edib ki, İranın əsassız bəyanatlarına ciddi yanaşmaq lazım deyil.




Bölməyə aid digər xəbərlər