14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Elçin Şıxlı: “Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasa...”
Tarix: 07-10-2021 15:19 | Bölmə: Slayd
Elçin Şıxlı: “Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasa...”

“Müharibədən bir ildən çox zaman keçsə də, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması baxımından əhəmiyyətli dəyişiklik görmürəm. Düzdür, Nikol Paşinyan hökumət başçısıdır və anlayır ki, Azərbaycanla, eləcədə Türkiyə ilə münasibətləri normallaşdırmasa nə hakimiyyətdə qala biləcək, nə də Ermənistanın sabaha ümidi olacaq. Amma reallıq odur ki, Paşinyanı devirmək istəyənlər də pusquda durub, onu təhqir edir, xəyanatkar adlandırırlar. Bizdə hər şey normal olsa da, Ermənistan barəsində bunu demək tezdir”.

Bu fikirləri Reyting.az-a siyasi şərhçi Elçin Şıxlı Ermənistan-Azərbaycan münasibətlərinin indiki dövrü haqda danışarkən bildirib.

Elçin Şıxlı deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü labüddür. Onun sözlərinə görə, bölgənin və ölkələrin gələcəyi baxımından konkret müzakirələr aparılmalıdır: “Əliyev və Paşinyan arasında mümkün görüş həm də bu baxımdan əhəmiyyətlidir”.

Siyasi şərhçi hesab edir ki, belə bir görüşün xarici müdaxilə və təsir olmadan keçirilməsi müzakirələri effektiv edə bilər:

“Prezident Əliyev son çıxışları zamanı açıq dedi ki, bizə kənardan mane olmasınlar, özümüz məsələni həll edəcəyik. Yəni, bu çoxdan belədir. Bilirik ki, Ermənistanı qızışdıran, onu irəliyə atan olmasa İrəvan və Bakı problemlərini həll edərlər. Amma görüşdə hansısa uğurların və nəticənin əldə olunması yalnız Ermənistanın özündən asılı deyil. Gərək onlar siyasətlərini yüz faiz dəyişsinlər ki, nəsə baş versin. Məsələ ondadır ki, indi Azərbaycan və Türkiyə söz sahibidir, Gürcüstan da bizimlə birlikdə hərbi təlimlər keçib, sözünü deyir. Burada belə qüvvələr var və artıq müxtəlif əməkdaşlıq formatları da təqdim edilib. Məsələn, 3+3, 3+2 və s. Əgər Ermənistan bu formatlardan kənarda qalacaqsa, onun üçün yaxşı perspektiv olmayacaq. Rusiya ilə birbaşa sərhədi yoxdur, rusların oradakı bazaları təmin etmək üçün yolu olmalıdır. Azərbaycanla düşmənçilik etsələr, bu imkandan mərhum olacaqlar. Gürcüstan da hava məkanını ruslara vermir. Bu səbəbdən İran yolundan istifadə edirdilər. İran da özünü o qədər pis apardı ki, Azərbaycan blokpost qoymaq məcburiyyətində qaldı. Yəni hər şey bizim nəzarətimizdən keçməlidir. Mövcud reallıqlar budur. Ermənistan bu reallıqlarla barışmağa məhkumdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər