14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
İran 44 günlük müharibənin nəticələrindən narazıdır - Politoloq
Tarix: 07-10-2021 17:49 | Bölmə: Slayd
İran 44 günlük müharibənin nəticələrindən narazıdır

“Hadisələr göstərir ki, İran 44 günlük müharibənin nəticələrindən narazı qalıb”.

Bunu Reyting.az-a politoloq İlqar Vəlizadə bildirib.

İ. Vəlizadə deyib ki, narazılığı İranın yeni siyasi rəhbərliyinin ifadələrindən görmək olar: “Əvvəlki siyasi rəhbərlik bu ifadələri dilə gətirmirdi, amma indiki rəhbərlik nədənsə daha sərt mövqedə dayanaraq müharibənin nəticələri ilə bağlı narazılıqlarını dolayı şəkildə bildirir. Amma onlar bu reallıqlarla barışmalıdırlar. Azərbaycan artıq suveren hüdudlarına yiyələnib, bütün sərhədlərini nəzarətə götürüb, o cümlədən uzun zaman ermənilərin işğalı altında olan İran-Azərbaycan sərhədini”.

Politoloq qeyd edib ki, İran işğal altında olan Azərbaycan ərazilərdən illərlə işğalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə müxtəlif mallar ötürüb və yardımlar göndərib: “Artıq o dövr bitib. İran isə düşünüb ki, onlar üçün heç nə dəyişməyib və yükləri yenə Azərbaycan ərazilərdən nəinki Ermənistana, hətta Qarabağın dağlıq hissəsinə də daşımağa başlayıb. Biz buna reaksiya verdik, amma İranın əks-reaksiyası əslində adekvat deyildi. İran tərəfi Azərbaycana hədə-qorxu gəlməyə, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladı. Eyni zamanda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürdü. Bu da Azərbaycan siyasi rəhbərliyinin xoşuna gələ bilməzdi. Biz adekvat addımlar atmışıq”.

İ. Vəlizadə xatırladıb ki, İranın xarici işlər naziri Moskvaya səfər edib, rusiyalı həmkarına Azərbaycandan şikayətlənmək istəyib: “Rusiyalı həmkarı da bildirib ki, Azərbaycan haqlı olaraq narazıdır. Yəni deyib ki, bizə şikayət etmək əbəsdir, problemlərinizi özünüz həll edin”.

Politoloq “İranın siyasi rəhbərliyi anlamalıdır ki, Azərbaycanla yeni münasibətlər qurmaq istəyirlərsə, gərginliyi aradan qaldırmalıdırlar. Əgər bu gərginlik davam edərsə, ilk növbədə İranın xeyrinə olmayacaq və maraqları zərbə altında olacaq”, - deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər