14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Türkiyəyə qarşı yeni ittifaq - Raketlər türklərə tuşlanıb, Ankara isə...
Tarix: 08-10-2021 12:45 | Bölmə: Slayd
Türkiyəyə qarşı yeni ittifaq - Raketlər türklərə tuşlanıb, Ankara isə...

Kipr sahillərindəki daha gəmi Türk donanması tərəfindən qovulub. Yunan mediası isə qırıcıların Türk donanması üzərindən uçduğunu iddia edir.

Reyting.az
son zamanlar suları yenidən “isinən” Şərqi Aralıq dənizindəki gərginliyin detallarını təqdim edir:

Yunanıstanın “Rafael” qırıcıları və “Belharra” hərbi təyyarələri aldığı Fransa ilə müdafiə razılaşması bu gün parlamentdə səsverməyə çıxarılıb. Anlaşma haqqında yunan parlamentində Baş nazir Kiryakos Miçotakis çıxış edib. Baş nazir bəyan edib ki, razılaşma paktı üçüncü bir ölkədən gələ biləcək hücuma qarşı birgə müdafiəni nəzərdə tutur.

Yunan deputatlar qarşısında çıxış edən Baş nazir “Üçüncü bir tərəf iki dövlətdən birinə hücum edərsə hərbi dəstək olacağı razılaşmada ilk dəfə konkret nəzərdə tutulub”,- ifadəsini işlədib. Türkiyəni nəzərdə tutan Miçotakis “Aralıq dənizində kimin kim olduğu, kimin təhdid etdiyi hər birimizə məlumdur”, - deyib.

Yunanıstanın “Kathimerin” qəzetinə danışan analitiklər Paris və Afina arasındakı bu razılaşma ilə Türkiyəyə güclü və hərbi mesaj verildiyini bildiriblər.

Tez-tez təxribatçı məlumatlar yayan “New Post” orqanı isə Türkiyənin ABŞ-dan qırıcı tələb etdiyini, Rusiyanın da bu məsələdə namizəd olduğunu qeyd edib.

“New Post” eyni zamanda Türkiyənin Yunanıstanı “tora salmaq” məqsədilə “Şərq bazarı” qurduğu iddiasını irəli sürür. Həmçinin qeyd olunur ki, Egey dənizinin ortasında qurulacaq İsrailin raket sistemi “Spike NLOS” Türkiyə üçün kabusa çevriləcək.

“To Vima” qəzeti isə bəyan edib ki, Türk donanması “Nautical Geo”nu izləyir, “Oruc Rəis” gəmisi daha bir dəfə onu qovub.

Son məlumata görə, Yunanıstan Cənubi Kipr və İsraildən kirayə götürdüyü “Nautical Geo” qazma gəmisi hazırda Larnaka limanında gözləmə mövqeyindədir. Bununla yanaşı üç türk hərbi gəmisinin bölgədə olduğu və heç bir yunan gəmisinin bölgəyə yaxınlaşmasına icazə vermədiyi qeyd olunur. İddia edilir ki, Türkiyənin NAVTEX elan etdiyi ərazidə Fransa və Yunanıstan qırıcıları uçur.

Sentyabrın sonunda Türk donanması tərəfindən Krit adası yaxınlığından qovulan “Nautical Geo” gəmisi Kiprdə Türk dəniz sahəsinə daxil olduğu üçün eyni taleyi yaşayıb.

“Kathimerin” qəzeti Aralıq dənizində ciddi hərbi-diplomatik gərginliyin olmasına rəğmən Türkiyə və Yunanıstan arasında 63-cü məsləhətləşmənin Ankarada keçiriləcəyini bildirib.




Bölməyə aid digər xəbərlər