14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Ekspert: “Həll variantları Azərbaycan və Ermənistana təqdim olunacaq”
Tarix: 09-10-2021 11:48 | Bölmə: Slayd
Ekspert: “Həll variantları Azərbaycan və Ermənistana təqdim olunacaq”

“Gürcüstanda Azərbaycan və Ermənistan ekspertlərinin, ictimai fəalların keçirdiyi görüş ideyası Avropa Birliyinin dəstəyi ilə olan layihələr çərçivəsində meydana çıxdı. Müharibədən sonra “nə edə bilərik”,- sualı ətrafında düşünərkən meydana çıxan o oldu ki, ciddi müzakirələrə ehtiyac var. Hətta hər hansı bir fəaliyyəti görməzdən əvvəl “bundan sonra necə davam edə, hansı problemləri həll edə bilərik”,- məsələsi ətrafında düşünməyə ehtiyac var idi. Bu mənada prosesin yenidən başlanmasına ehtiyac yaranmışdı. Bu kontekstdə ilk addım “Trakt 1+5” səviyyəsində olan prosesin bərpası idi. Avropa Birliyi və digər şəxslər ciddi nəticə əldə ediləcəyini düşünürdülər. Görüş ideyası da buradan yarandı”.

Bu fikirləri Reyting.az-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin rəhbəri, beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili ötən həftə Gürcüstanda Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələrinin görüşündən danışarkən deyib.

Əhməd Əlili bildirib ki, tədbir Links Avropa təşkilatı tərəfindən təşkil edilib:

“Azərbaycandan tədbirin təşkilatçısı Qafqaz Siyasi Analiz Mərkəzi, Ermənistandan isə Siyasi İqtisadi Strateji Mərkəzi idi. “1+5” formatını digərlərindən fərqləndirən daha çox ekspert müzakirələri oldu. Ekspetlərin arasında vaxtı ilə Qarabağ danışıqlarında iştirak edən şəxslər də iştirak edirdi. Bu şəxslər Azərbaycan tərəfdən Eldar Namazov, Ermənistan tərəfdən isə Stepan Qriqoryan idi”.



Gürcüstanda müzakirə edilən məsələlərə toxunan Ə. Əlili qeyd edib ki, əsasən mövcud duruma diqqət yetirilib: “Yəni “Biz hardayıq və bundan sonra hansı istiqamətdə iş görülməlidir”,- məsələsi ətrafında müzakirə getdi. Məncə, bu, çox vacib məqamdır.

Bir məsələni qiymətləndirmədən öncə bizim harada olmağımızı müəyyən etmək lazımdır. Ekspertlər də bu məsələni müzakirə etdilər. Şadam ki, Azərbaycan ictimaiyyəti bu məsələyə ciddi yanaşdı, maraq göstərdi. Hökumətlər arasında danışıqlara paralel olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin də təmasları əhəmiyyətlidir. Bu prosesdə politoloq Mehman Əliyev, akademiyadan Anar Vəliyev, hökumət strukturlarından Gülşən Paşayeva iştirak edirdi. Eləcədə gənclərin nümayəndəsi var idi”.

Ə. Əlili qeyd edib ki, Gürcüstanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin görüşünün davam edib-etməməsi bir müddət sonra məlum olacaq: “İşçi qrupları yaradıldı, onlar həll variantı axtarıb tapacaqlar. Növbəti 6 ay ərzində problemin həll variantları həm Avropa Birliyindəki qərarvericilərin diqqətinə çatdırılacaq, həm də Azərbaycan və Ermənistandakı tərəflərə təqdim olunacaq. 6 aydan sonra ortaya çıxacaq məhsulun nəticəsindən asılı olaraq proses davam edə və ya istiqamətini dəyişə bilər. Hər halda bu bir başanğıc idi”.

Reyting.az




Bölməyə aid digər xəbərlər