14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
10 minlərlə insanın qətlində ittiham olunanların məhkəməsi başlayıb
Tarix: 09-10-2021 12:59 | Bölmə: Slayd
10 minlərlə insanın qətlində ittiham olunanların məhkəməsi başlayıb

Almaniyada “Hitler küləyi” əsir. Son bir həftə ərzində faşizm dövründə saxlama düşərgələrində işləyən və minlərlə günahsız insanın qətlində ittiham olunan şəxsləri mühakimə edirlər.

Reyting.az
hadisə və məhkəmə prosesinin bəzi məqamlarını təqdim edir:

Nasist dönəmində Sachsenhausen toplama düşərgəsində gözətçi kimi xidmət göstərən və 100 yaşı haqlayan Josef. S minlərlə insanın öldürülməsində iştirakına dair ittihamları rədd edib.



Neurppin Federal Məhkəməsində başlayan prosesin ikinci günündə Josef S. haqqında ittihamnamə oxunub. Amma Josef məhkəmədə Sachsenhausen toplama kampı haqqında heç nə bilmədiyini iddia edib. O, nasist haqqında irəli sürülən ittihamları rədd edərək “heç bir cinayət etməmişəm, günahsızam”,- deyib.

Ancaq məxsusi olaraq Fransa və Hollandiyadan iki nəfər məhkəməyə gələrək atalarının Sachsenhausen düşərgəsində necə öldürüldüyündən danışıblar.

Nasist Josefin məhkəmə prosesinin yanvar ayına qədər davam edəcəyi bildirilib. İddiaya görə, Josef 1942-1945-ci illər arasında xidmət etdiyi Sachsenhausen düşərgəsində 3 min 518 günahsız insanın öldürülməsinə hansısa formada köməklik göstərib və ya bir başa iştirak edib.

İkinci məhkəmə prosesi nasist düşərgəsində xidmət göstərən və 11 min 412 nəfərin ölümünə köməklik göstərməkdə təqsirli bilinən 96 yaşlı İrmqard Furçnerlə bağlı gedir. İlkin məlumata görə, birinci məhkəmə prosesi zamanı “yoxa” çıxan alman xanım ikinci prosesə məcburi gətirilib və onun ayağına kələpcə vurulub. Furçnerlə bağlı növbəti məhkəmə prosesi oktyabrın 19-da Hamburqda olacaq.



Nasist Almaniyasında saxlama düşərgəsi rəisinin köməkçisi olmuş 96 yaşlı Irmqard Furçner Şimali Almaniyada minlərlə məhkumun öldürülməsinə köməklik etmək ittihamı ilə hakim qarşısına çıxarılıb. Qadın 11 mindən çox cinayətdə ittiham olunur. Onun Polşada yerləşən Stutthof düşərgəsində işlədiyi bildirilir. O, düşərgə rəisinin köməkçisi vəzifəsini tuturmuş.

Qeyd edək ki, Stutthof düşərgəsində 100 mindən çox insan saxlanılıb və onların 60 mindən çoxu öldürülüb.




Bölməyə aid digər xəbərlər