14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Politoloq: “Belə getsə, İran çökəcək, əvəzində Turan olacaq”
Tarix: 12-10-2021 10:21 | Bölmə: Slayd
Politoloq: “Belə getsə, İran çökəcək, əvəzində Turan olacaq”

“İran anti-Azərbaycan fəaliyyətinə ara vermir, özünü cığal uşaq kimi aparır. Azərbaycan ərazi bütövlüyünü təmin etməli idi. Bu məsələdə İranın Ermənistanla olan iqtisadi əlaqələrini, siyasi maraqlarını nəzərə ala bilməzdik. Bunu da etdik. Bu mənada Tehranın Azərbaycana qarşı davranışları əsassızdır”.

Bunu Reyting.az-a sabiq nazir müavini, politoloq Cümşüd Nuriyev İranın anti-Azərbaycan davranışlarını şərh edərkən bildirib.

C. Nuriyev xatırladıb ki, İranın düşməni olan İsrail bir zamanlar Azərbaycana investisiya qoymaq istəyib: “Mən bunun şahidi olmuşam. İsrailin bir şirkəti gəlmişdi, burada damcı suvarma sistemi, taxılçılıq, Biləsuvar, İmişli, Beyləqanda əkinçiliklə məşğul olmaq istəyirdi. İran o zaman buna mane olmağa çalışdı, rəhmətlik Heydər Əliyev də bildirdi ki, İranla dostluq münasibətlərini gözləyək. Artıq belə şeylər etmək olmaz. Hər bir məsələdə öz maraqlarımzı əsas götürməliyik”.

C. Nuriyevin fikrincə, İran Azərbaycanda sünni-şiə qarşıdurması yaratmaq istəyib, cənub bölgəsi və Bakı ətrafı kəndlərdə aranı qarışdırmağa çalışıb.

Onun iddiasına görə, İran Azərbaycan gənclərini məhv etməklə məşğuldur. Çünki narkotik maddələr ölkəmizə əsasən İrandan gətirilir: “Eyni zamanda ölkəmizdə narkotiklə həbs edilən nə qədər iranlı var. İran Azərbaycana nə pisliklər etməyib... Azərbaycanın İrana problem yaratmamaq üçün bu günə qədər susması İranı azğınlaşdırıb”.

Politoloq əlavə edib ki, İranın xarici işlər naziri özünü kriminal cəmiyyətdən gələn şəxs kimi aparır: “Dövlət başçısı isə “şillə siyasətini” gündəmə gətirir. İran Arazın o tayındakı soydşlarımıza hansı zülmlər etmir ki? 200 minə yaxın İran ermənisinin öz dilində məktəbi olduğu halda, 30 milyonluq azərbaycan türkünün belə hüquqları yoxdur. Bizə hər cür pislik ediblər”.

C. Nuriyev sonda əlavə edib ki, artıq İranın nazı ilə oynamalı deyilik: “Nə istəyirlər desinlər, İran heç nə edə bilməyəcək. İran dərk etməlidir ki, bu şəkildə davam etmələri özünəqəsdə bənzəyir. Yəni belə getsə, İran çökəcək, əvəzində Turan olacaq”.

Reyting.az





Bölməyə aid digər xəbərlər