14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Yerdə başlayan maqnit qasırğası güclənir
Tarix: 12-10-2021 13:36 | Bölmə: Slayd
Yerdə başlayan maqnit qasırğası güclənir

Oktyabrın 11-i gecədən Yer maqnitosferində maqnit qasırğası başlayıb. Məlumata görə, qasırğanın səviyyəsi getdikcə artır və artıq orta səviyyəyə yaxınlaşıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin Rentgen Astronomiyası Laboratoriyasından bildiriblər.

Qeyd olunur ki, belə vəziyyətlərdə Yerə çatan plazma buludu kosmik peyklərin radiasiya yükünü artırır, Yer səthinə yaxın maqnit sahəsinin dalğalanmalarına təsir göstərir. Maqnitosferdəki bu dəyişiklikləri şimal en dairələrində müşahidə etmək mümkündür.

Laboratoriyanın məlumatında bildirilir ki, Günəşdəki alovlanma oktyabrın 9-da başlayıb. Bu, orta səviyyəli alovlanma olub və tac maddəsinin Yerə çatması üç gün çəkib.

Reyting.az




Bölməyə aid digər xəbərlər