16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Bu il ölkəmizdə yol-nəqliyyat hadisəsində 504 nəfər həlak olub
Tarix: 18-10-2021 09:32 | Bölmə: Slayd
Bu il ölkəmizdə yol-nəqliyyat hadisəsində 504 nəfər həlak olub

Bu il respublikada 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, nəticədə 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb.

Ötən il ölkədə pandemiya əleyhinə tətbiq olunan məhdudiyyət tədbirləri ilə əlaqədar hərəkət intensivliyinin və buna görə də qəza riskinin əhəmiyyətli dərəcədə azalması nəticəsində formalaşmış göstəricilərlə müqayisədə cari ilin 9 ayı ərzində hadisələrin sayı 26 (+2.3%) fakt, yaralananların sayı 20 (+2%) nəfər artıb, ölənlərin sayı isə (504) sabit qalıb.

Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin 1130-u, yəni 96.5 faizi qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş verib. Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (360), yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olub.

Sürücülərlə yanaşı, piyadalar da yol hərəkəti qaydalarını pozublar. Bu da respublika üzrə ümumi hadisələrin 41.2 faizini təşkil edir.

Bundan başqa, yol-nəqliyyat hadisələrin növləri içərisində toqquşma (395), aşma (113), maneəni vurma (110) halları da çoxdur.

Yol qəzalarında həlak olan 504 nəfərdən (onlardan:16 yaşına qədər qədər 39 nəfər, qadınlar 102 nəfər) 230-u piyada, 133-ü sürücü, 121-i sərnişin, 17-i velosipedçi, 3-ü isə digər hərəkət iştirakçılarıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}