14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Azərbaycan və Ermənistan liderləri Moskvada iki sənəd imzalayacaqlar
Tarix: 23-10-2021 10:10 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan liderləri Moskvada iki sənəd imzalayacaqlar

Noyabrın 9 -da Azərbaycan və Ermənistan liderləri Moskva şəhərində iki sənəd imzalayacaqlar. Reyting.az xəbər verir ki, bu barədə "etibarlı diplomatik mənbələrə" istinadla erməni saytı “Aliq Media” məlumat yayıb.

Bildirilir ki, sənədləri Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan imzalayacaq.

İddia olunur ki, birinci sənəd, Ermənistanla Azərbaycan arasında dövlət sərhəddinə aiddir. Beləliklə, Bakı və İrəvan SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının xəritələrinə əsaslanaraq bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.

İkinci sənəd, Azərbaycanla Naxçıvan arasındakı yol dəhlizləri də daxil olmaqla bölgədəki kommunikasiyaların blokdan çıxarılmasına aiddir.




Bölməyə aid digər xəbərlər