12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Yoxsulları qiymət artımından qorumaq üçün ərzaq talonlarının verilməsi təklif olunur
Tarix: 25-10-2021 09:30 | Bölmə: Slayd
Yoxsulları qiymət artımından qorumaq üçün ərzaq talonlarının verilməsi təklif olunur

Tanınmış iqtisadçı-alim aztəminatlı ailələri və yoxsulları bahalaşmanın təsirlərindən qorumağın yolu kimi hökuməti ərzaq talonlarının tətbiqinə çağırıb. Ekspert hesab edir ki, əhaliyə pul kütləsinin paylanması sosial böhrandan çıxmağa kömək etməyəcək.

Reyting.az
xəbər verir ki, Rusiya hökumətinə belə bir çağırışı “İnkişaf Mərkəzi” Elmi-Tədqiqat İnstitutunun direktor müavini, sahənin eksperti Valeri Mironov edib.

Onun qənaətinə görə, hazırda daxili konyuktura xarici bazardan asılı vəziyyətdədir. Mərkəzi Bank ölkə iqtisadiyyatını aktivləri satın almağın hesabına, bir də müxtəlif sahələrə pul vəsaitini “çiləməklə” saxlamağa çalışır. “Məhz bu səbəbdən, ərzaq malları daxil olmaqla, faktiki bütün məhsulların qiymətlərində artım müşahidə olunur. Hakimiyyətin ata biləcəyi ən səmərəli addım yoxsul rusiyalılar üçün ərzaq talonlarının tətbiqi ola bilər”, - deyən V. Mironov xəbərdarlıq edir ki, Avropadakı enerji böhranı ucbatından tezliklə qiymət dinamikası da dəyişəcək. İstehsal müəssisələrinin əksəriyyəti təbii qazdan istifadə edir, gözlənilən yanacaq qıtlığı isə iqtisadiyyatın bütöv sektorlarının bağlanmasına gətirib çıxaracaq.


Valeri Mironov

Başqa ekspertlər də ərzaq talonlarını əhalinin aztəminatlı təbəqəsinə köməyin effektli üsullarından biri hesab edir. Rusiya Taxıl İttifaqında da ərzaq məhsullarının talonla verilməsini müsbət dəyərləndiriblər.

Şimal qonşumuzun ərzaq bazarında ət məhsulları daha çox bahalaşıb. Son bir ildə bu ölkədə qiymətlərin artan tempi 42 faiz təşkil edib.

Qeyd edək ki, keçmiş sovetlər dönəmində də yeyinti məhsullarının talonla verilməsi təcrübəsi olub. Sonuncu belə bir kampaniya ötən əsrin səksəninci illərinin ortalarından qırmızı imperiya dağılana qədər, - yəni, SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun rəhbərliyi dövrünə təsadüf edib.(Mənbə:utro.ru)




Bölməyə aid digər xəbərlər