Koronavirusa yoluxanların yarısında ürək çatışmazlığı aşkar edilib
Tarix: 24-11-2021 11:06 | Bölmə: Slayd
Koronavirusa yoluxanların yarısında ürək çatışmazlığı aşkar edilib

Koronavirusdan müalicə alan hər iki nəfərdən birinin ürək-damar sistemində çatışmazlıq müşahidə olunur.

Reyting.az
xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə açıqlamasında “LabQuest” tibbi ofislər şəbəkəsinin kiliniki laboratoriya diaqnostikasının həkimi Anna Safonova bildirib.

Onun sözlərinə görə, o xəstələrin ürəyində problem yaranır ki, onlar COVİD-19-a əlamətsiz yoluxurlar. Eyni zamanda yüksək risk qrupuna əvvəllər bu növ xəstəlikdən əziyyət çəkənlər də daxildir.

“Koronavirus miokarditə gətirib çıxara bilər. Yəni, bu zaman ürək əzələlərinin sətəlcəmi, ritmin pozulması, ürək çatışmazlığı kimi hallar baş verir”, - deyə mütəxəssis vurğulayıb. O, insanları özlərində bu cür patologiyalara meylliliyi üzə çıxarmaqdan ötrü kompleks genetik analizdən keçməyi tövsiyə edir: “Bu üsulla ürək-damar xəstəliklərinin yaranma riskini aradan qaldırmaq olar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}