09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ermənistan öhdəliklərindən boyun qaçıracaqsa, müharibə olacaq - Hərbi ekspert
Tarix: 30-06-2022 16:30 | Bölmə: Slayd
Ermənistan öhdəliklərindən boyun qaçıracaqsa, müharibə olacaq

“Cənubi Qafqazda yalnız Azərbaycan müharibə edə bilər. Buradakı digər ölkələr - Gürcüstan və Ermənistan bunu edə bilməz. Azərbaycan isə hələlik müharibə istəmir, mövcud problemlərin sülh yolu ilə həllində maraqlıdır”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

A. İsazadənin qənaətincə, hazırda Gürcüstanın müharibə etmək imkanı yoxdur və müharibədən qorxur: “Ermənistan isə müharibədən yeni çıxıb, müharibənin nə olduğunu dərk etməyə başlayır və üstəlik, müharibə aparmaq imkan və resurslarına malik deyil. Bəli, Azərbaycan müharibə apara bilər. Amma biz hələlik bunu istəmirik, regionda daha çox sülh və sabitlik yaranmasına çalışırıq. Amma arzu eləsək, istənilən vaxt müharibəyə başalaya bilərik”.

Hərbi ekspert əlavə edib ki, əslində Ermənistan rəhbərliyinin üçtərəfli sazişə imza atması və sonradan onu yerinə yetirməkdən imtina etməsi müharibəyə səbəbdir: “Hazırda danışıqlar gedir, əgər qarşı tərəf imza atdığı sənədlərə hörmətsizlik nümayiş etdirəcəksə, öhdəliklərindən boyun qaçıracaqsa, bunun alternativi müharibə olacaq. Bu halda müharibəyə başlaya bilərik”.

A. İsazadə ehtimal edir ki, yaxın vaxtlarda müharibə olmayacaq. O, epizodik toqquşmaları, insidentləri mümkün saysa da, hələlik müharibənin başlayacağını real hesab etmir. “Əslində müharibə bizim də xeyrimizə deyil. Çünki əks tərəf heç olmasa danışıqlar aparır. Yox, əgər Ermənistanda çevriliş olarsa, hakimiyyətə revanşistlər gələrsə, onlarla danışıqlar aparmaq mümkün olmazsa, bu zaman müharibəyə başlaya bilərik”.




Bölməyə aid digər xəbərlər