14:51 / 02-06-2025
Donad Trampa inam azalır
FTB və polisin axtardığı qatil... - Fotolar
Tarix: 01-01-2023 17:09 | Bölmə: Slayd
FTB və polisin axtardığı qatil...

ABŞ-ın Aydaho Universitetinin 4 tələbəsinin qətlində şübhəli şəxs cümə günü səhər saatlarında saxlanılıb. Polis və Federal Təhlükəsizlik Bürosu (FTB) həftələrdir tutmağa çalışdığı şəxslə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, noyabrın 13-ü universitetin 4 tələbəsi səhər saatlarında hələ yuxuda olarkən bıçaqlanaraq öldürülüb. Qurbanlar Aydaho Universitetində təhsil alırmış.

Bu qətliam universitet şəhərciyində 7 ildən sonra törədilən ilk qətl hadisəsidir.

Polisin axtarışlarına baxmayaraq, nə qətlin törədildiyi silahı, nə də qatil haqqında məlumat əldə etmək mümkün olmurdu.



Qətldən narahat olan universitet tələbələri məktəbə getməkdən imtina edərkən, həm həlak olanların ailələri, həm də şəhər sakinləri qatilin tutulmamasına etirazlarını bildirirdilər. Polis və FTB hadisəyə aydınlıq gətirmək üçün 20 mindən çox sübutun araşdırıldığını və yüzlərlə müsahibənin aparıldığını bildirsə də, getdikcə ictimai təzyiqlər artırdı.

Aydaho cinayəti həftələrdir ki, ABŞ mətbuatının gündəminə çevrilmiş, çoxsaylı iddialar irəli sürülürdü. Nəhayət ki, dəhşətli qətldən 6 həftə sonra həbs xəbəri yayılıb.

Cümə günü səhər saatlarında qətllə əlaqəsi olduğu bildirilən şəxs Pensilvaniya ştatının Chestnuthill qəsəbəsində polis basqı ilə ələ keçib. Şübhəlinin DNT analizi cinayət yerində tapılan nümunələrlə üst-üstə düşüb.

Polis cinayətdə şübəli şəxsin - 28 yaşlı Bryan Kristofer Kohbergerinin evində və ofisində axtarışlar aparıb.



Latah əyalətinin prokuroru Bill Tompson şübhəlinin necə tutulduğuna dair məlumat paylaşıb. Tempson şübhəlinin Vaşinqton Dövlət Universitetində cinayət ədaləti və kriminologiya üzrə doktorant olduğunu da bildirib.

Həbs edildikdən sonra hakim qarşısına çıxarılan və vəkil təyin olunan şübhəlinin məhkəməsinin yanvarın 3-də olacağı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
24-05-2025, 17:12 Aydan başqa Ay da var
23-05-2025, 09:45 G7 böyük vədlər verir