14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
2022-ci ilin ən uğurlu siyasətçisi: Qərb və Şərq Ərdoğandan asılı vəziyyətə düşüb
Tarix: 06-01-2023 14:21 | Bölmə: Slayd
2022-ci ilin ən uğurlu siyasətçisi: Qərb və Şərq Ərdoğandan asılı vəziyyətə düşüb

Rusiyada hesab edirlər ki, 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Ərdoğan Ukrayna müharibəsindəki vasitəçilik roluna görə “2022-ci ilin ən uğurlu siyasətçisi” sayılır.

Reyting.az
-ın xəbərinə görə, Ərdoğanın həm Rusiya, həm də Qərb üçün bənzərsiz bir tərəfdaş olduğuna diqqət çəkən rus mətbuatı yazır ki, 24 fevral 2022-ci ildən bu yana prezident Ərdoğanın mövqeyi tamamilə görünməmiş hala gəlib.



Xatırladaq ki, fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra prezident Ərdoğanın vasitəçiliyi ilə bir çox böhranın qarşısı alınıb. Bu böranların sırasına dünyada 400 milyon insanın həyatının asılı olduğu taxıl müqaviləsi də daxildir. Məhz Türkiyə prezidenti Ərdoğan və BMT Baş katibi Quterreşin təşəbbüsləri sayəsində Ukrayna taxılının Qara dəniz vasitəsilə dünyaya çatdırılmasına nail olunub. Rusiya oktyabrın 29-da taxıl müqaviləsini dayandırsa da, Ərdoğanın vasitəçiliyi ilə Moskva sonradan müqaviləyə əməl edib.

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi də Ərdoğanın vasitəçilik missiyasının tərkib hissəsidir.

Türkiyə və prezident Ərdoğanın təşəbbüsləri bütün dünyada təqdir olunur və nəhayət ki, Rusiyada da bu reallığı dərk etməyə başlayıblar.

“Kommersant” qəzeti yazır ki, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında vasitəçi statusunu qoruyub saxlayan prezident Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi adlandırmaq olar.



“Əvəzolunmaz Rəcəb” başlıqlı məqalədə Qərbin və Şərqin prezident Ərdoğandan asılı vəziyyətə düşdüyü xüsusilə vurğulanır.

Əlavə olunur ki, prezident Ərdoğan mövcud vəziyyətdən siyasi mənfəət götürməklə yanaşı, sülhə nail olmağa çalışır.

Ərdoğanın manevr qabiliyyətinin mükəmməlləşdiyini bildirən rus camiyəsinin fikrincə, prezident uzun müddətdir həm Rusiya, həm də Qərb üçün unikal tərəfdaşdır.

“NATO müttəfiqlərinin qəzəbinə baxmayaraq, Ərdoğan Rusiyanın “S-400” raket sistemlərini aldı. Buna paralel olaraq Türkiyə lideri ABŞ-la “F-16” döyüş təyyarələrinin alınması ilə bağlı danışıqları davam etdirdi və “Bayraktar” PUA-larını Ukraynaya satır. Fevralın 24-də başlayan xüsusi əməliyyatdan sonra Türkiyə prezidenti Ərdoğanın 2022-ci ildə mövqeyi tamamilə görünməmiş hala gəldi”, - ruslar qeyd edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər