Flora Kərimova blogerdən yenə şikayət edib
Tarix: 14-08-2023 10:12 | Bölmə: Şou-biznes
Flora Kərimova blogerdən yenə şikayət edib

İctimai fəal Ülviyyə Muradova (Alovlu) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 17-nə təyin edilib.

Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.

Binəqədi Rayon Məhkəməs onun barəsində bəraətverici hökm çıxarıb. Hökmdən narazı qalan xüsusi ittiham qaydasında şikayət verən yenidən məhkəməyə müraciət edib(Pravda).

Qeyd edək ki, Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb. Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər