13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Müğənni Sevda Sanəliyeva izləyicisinə qarğış edib
Tarix: 27-08-2024 17:03 | Bölmə: Şou-biznes
Müğənni Sevda Sanəliyeva izləyicisinə qarğış edib

Bir neçə gün öncə müğənni Sevda Sanəliyevanın bir nəfərin onu izləməsindən narahat olub, polisə şikayət etməsi haqqında məlumat vermişdik.

Maraqlıdır ki, Sevdanın bu xəbərinə bəziləri inanmayıb.

Lent.az-ın xəbərinə görə, Sevda onu yalan danışmaqda ittiham edən izləyicisinə qarğış yazıb.

İzləyicilərdən biri isə Sevdanı özünü bu yolla reklam etməkdə günahlandırıb. Sevda ona cavab olaraq belə yazıb:

"Mənim bu günə kimi aldığım nəfəs qədər daş təpənə düşsün. Yaşadığım bütün stressi, əsəbi yaşayasan. İnşallah...

Görmürsən, polisə müraciət etmişəm? Qulağın eşitmir? Reklam xatirinə dövlətlə, polislə oyun oynaya bilərəm?

Heç nə demirəm, çəkdiyim qədərini çəkəsən. Onda bilmədən danışmaq nədir anlayarsan".




Bölməyə aid digər xəbərlər